"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional ədliyyə idarəsi növbəti seminar keçirib

--2019-09-23 / 18:31

 Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay, Kürdəmir, şamaxı və Zərdab rayonlarının bələdiyyələrinin üzv və qulluqçuları ilə Göyçay regional ədliyyə idarəsinin rəis vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Elnur əsədovun, ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, h.e.f.d Mətanət əsgərovanın və ədliyyə Akademiyasının ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, h.e.f.d, I dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidovun iştirakı ilə 20.09.2019-cu il tarixdə Göyçay regional ədliyyə idarəsində bələdiyyələrin maarifləndirilməsi üzrə kurs təşkil edilmişdir.

Kursda “Bələdiyyə mülkiyyəti, əmlak təminatı və mülkiyyət toxunulmazlığı, “Bələdiyyə mülkiyyətinə dair Avropa sənədləri”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə media münasibətlərinin hüquqi tənizmlənməsi” və Bələdiyyələrdə arxiv işinin təşkili” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və kurs iştirakçılarının sualları cavablandırılmışdır.

   Göyçay Regional ədliyyə idarəsi

ŞƏRHLƏR