Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan şamaxı rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 28.09.2018-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə şamaxı şəhərində seminar müşavirə keçirilmişdir. Bu barədə məlumatı Göyçay Regional ədliyyə idarəsi yayıb.
Seminarda “Yerliözünüidarəetmədə etik davranış”, “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, “Bələdiyyə aktlarının qəbulu və icrası,” “Yerli vergi borcunun ödənilmə qaydası”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi,” “Bələdiyyə torpaqlarının qiymətləndirilməsi”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info