Göyçay regional ədliyyə idarəsi, şamaxı rayon icra hakimiyyəti və şamaxı rayon təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında şamaxı rayon Mədrəsə kənd orta məktəbində həmin məktəbin 11-ci sinif şagirdləri ilə, eləcədə şamaxı şəhər Uşaq Yaradıcılıq Mərkəzində şamaxı şəhər 2 saylı tam orta məktəbin və Avropa liseyinin 11-ci sinif şagirdləri üçün idarənin əməkdaşları tərəfindən “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyi diqqətə çatdırılaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə-hüquq islahatları, müasir dövrdə ədliyyə sahəsində aparılan islahatlar, eyni zamanda ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə şagirdlərə ətraflı məlumat verilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır..
Göyçay Regional ədliyyə idarəsi
|
|
|
|
|
|
|
|