Belediyye.infoya Göyçay Regional ədliyyə idarəsindən daxil olan məlumata görə, idarənin ərazi yurisdiksiyasına aid olan şamaxı rayonunun 29 bələdiyyəsinin 63 üzv və qulluqçularının iştirakı ilə şamaxı şəhərində bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirələr keçirilmişdir.
Məlumatda bildirilir ki, seminarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffavlığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmişdir.
Seminarın sonunda seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info
|
|
|