Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay, Ucar, Ağdaş və Zərdab rayon bələdiyyələrindən olan 105 nəfər bələdiyyə üzv və bələdiyyə qulluqçusunun iştirakıyla bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirə keçirilib.
Bu barədə məlumat Göyçay Regional ədliyyə idarəsindən daxil olub.
Tədbiri giriş sözüylə idaərəsinin rəsi səlahiyyətlətin icra edən böyük məsləhəşçi Teymur Mustafayev açıb.
Göyçay regional ədliyyə idarəsinin təşkilatçilIğI və ədliyyə Akademiyasının iştirakıyla keçirilən seminarda ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakultəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov, ədliyyə Akademiyasının Cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət əsgərova və Göyçay regional ədliyyə idarəsinin əməkdaşları iştirak ediblər.
Seminarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info