"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional ədliyyə idarəsi seminar keçirib

--2019-06-21 / 15:29

Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 20.06.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Göyçay şəhərində seminar müşavirə keçirilmişdir.

Seminarda “Bələdiyyələrin vergi, sosial sığorta və işsizlik sığortası üzrə borclarının ödənilməsi və bu məqsədlə dövlət büdcəsindən ayrılmış dotasiyanın borclu bələdiyyələr tərəfindən qeyd edilən borcların ödənilməsi istiqamətinə yönəldilməsi”,   “Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” və “Bələdiyyə müəssisələrinin yaradılması” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

                                                                   Göyçay Regional ədliyyə idarəsi

 

ŞƏRHLƏR