ədliyyə Nazirliyinin Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Göyçay rayonunun 26 bələdiyyəsindən 65 üzv və qulluqçularının iştirakı ilə 17.02.2017-ci il tarixdə Göyçay rayonunda, habelə Ucar rayonunun 17 bələdiyyəsindən 48 üzv və qulluqçularının iştirakı ilə 23.02.2017-ci il tarixdə Ucar rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar- müşavirələr keçirilib.
Bu barədə Belediyye.infoya məlumat Göyçay Regional ədliyyə idarəsindən daxil olub.
Seminarlarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffavlığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Qeyd edək ki, Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına Ağdaş, Ağsu, Zərdab, ismayıllı, Kürdəmir, Göyçay, Ucar və şamaxı rayonları daxildir.
Belediyye.info