"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional ədliyyə idarəsi Zərdab məktəbliləriylə görüş keçiriblər

--2018-10-12 / 11:47

12.10.2016-cı il tarixdə Göyçay regional ədliyyə idarəsi, Zərdab rayon icra hakimiyyəti və Zərdab rayon təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında Zərdab şəhər 1 saylı tam orta məktəbdə Zərdab şəhər 1 saylı tam orta məktəbin, Zərdab şəhər 2 saylı tam orta məktəbin, Zərdab şəhər 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri üçün, eləcə də Zərdab rayonu Gəlmə kənd tam orta məktəbində Gəlmə kənd tam orta məktəbin 11-ci sinif şagirdləri üçün idarənin əməkdaşları tərəfindən “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir. Bu barədə məlumat Göyçay Regional ədliyyə idarəsindən daxil olub.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyi diqqətə çatdırılaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə-hüquq islahatları, müasir dövrdə ədliyyə sahəsində aparılan islahatlar, eyni zamanda ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə şagirdlərə ətraflı məlumat verilmişdir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır..

Belediyye.info

ŞƏRHLƏR