"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional ədliyyə idarəsi Zərdab şəhərində seminar müşavirə keçirib

--2019-04-05 / 08:12

Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Zərdab rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 04.04.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Zərdab şəhərində seminar müşavirə keçirilmişdir. Bu barədə məlumatı Göyçay Regional ədliyyə idarəsi yayıb.

Seminarda “Yerli özünüidarəetmədə etik davranış, Bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, Bələdiyyə torpaqlarının mühafizəsi, Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri, Bələdiyyə müəssisələrinin yaradılması mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR