Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Zərdab rayonunun bələdiyyələrinin üzv və qulluqçularının iştirakı ilə bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirə keçirilmişdir. Bu bardədə məlumatı Göyçay Regional ədliyyə idarəsi yayıb.
Seminarda Bələdiyyə üvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir, Bələdiyyə aktlarının qəbulu və icrası, Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması, Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri, Nağdsız hesablaşmalar və onların məqsədi, Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri, Bələdiyyələrdə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili (Milli Arxiv idarəsinin 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanalrında, idarə, təşkilat və müəssisələrində arxiv işinin təşkilinə dair Təlimat), insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info