“ədliyyə Nazilriyi üzrə intizam məsuliyyətinə cəlb edilmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə” Azərbaycan Respublikasının ədliyyə Nazirliyi Kollegiyasının 28.06.2019-cu il tarixli qərarının 5-ci bəndinin icrası ilə bağlı idarə tərəfindən tərtib edilmiş Tədbirlər Planınına əsasən 19.11.2019-cu il tarixdə idarənin yurisdiksiyasına daxil olan yerli icra və probasiya şöbələrinin və Qeydiyyat şöbələrinin əməkdaşları ilə ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına əməl olunması, məmur-vətəndaş münasibətləri zamanı yaşana biləcək neqativ halların aradan qaldırılması məqsədilə treninq təşkil edilmişdir.
Treninqdə respublikada aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verilərək, “ədliyyə orqanları işçilərinin etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri treninq iştirakçılarının nəzərlərinə çatdırılmışdır.
Göyçay regional ədliyyə idarəsi
|
|
|