"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçayda bələdiyyə sədrləri maarifləndirilib

--2015-07-27 / 19:30

Bu gün Göyçay Regional ədliyyə şöbəsinin akt zalında Göyçay və Zərdab bələdiyyələrinin iştirakıyla  “Yerli büdcənin tərtibi və icrasına nəzarət mexanizmləri” mövzusunda seminar keçirilib.

Tədbridə Göyçay Regional ədliyyə şöbəsinin aparıcı məsləhətçisi Ayaz Salehov çıxış edərək, prezidentin tənqidindən sonra bələdiyyələrin üzərinə ciddi vəzifələr düşdüyünü qeyd edib. Onun sözlərinə  görə, bələdiyyələr hər atdıqları addıma diqqətlə yanaşmalı və  icra mexanizmləri qanuna müvafiq şəkildə  həyata keçirilməlidir. Büdcənin tərtibində ciddi səhvlərə yol verildiyindən bu günkü seminarın bələdiyyələr üçün böyük səmərəsi vardır.

Tədbirdə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təmsilçisi Zöhrab Fərəcov çıxış edərək bələdiyyələrə  büdcə tərtibiylə bağlı məlumatlar vermiş, yerli orqanlara vacib olan məqamları onların diqqətinə çatdırmışdır. ən əsası odur ki, bütün qərarlar qanunauyğun şəkildə kölllegiallıq qorunmaqla qəbul edilməlidir. Prezident sərəncamıyla əmlak vergisnin yığımında irəliləyişlərin olması üçün əhali arasında təbliğat işinə diqqətin artırmaq lazım gəldiyini deyən Z.Fərəcov dövlət təşkilatlarına olan borcların vaxtında qaytarılmasına diqqətli olmalarını  da qeyd edib.

Tədbirin yekununda bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR