"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçayda ədliyyə işçilərinin Peşə Bayramı qeyd edilib

--2019-11-23 / 10:48

Göyçay, 22 noyabr, AZəRTAC 

Göyçayda 22 noyabr - ədliyyə işçilərinin Peşə Bayramı qeyd edilib.

AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Göyçay şəhərinin mərkəzində ümummilli lider Heydər əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

ədliyyə Nazirliyinin Göyçay rayon regional bölməsində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Göyçay rayon Məhkəməsinin sədri Zəfər Quliyev çıxışında ulu öndər Heydər əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident ilham əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl işlərdən bəhs edib.

Sonda bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

https://azertag.az/xeber/Goychayda_Adliyye_Ischilerinin_Pese_Bayrami_qeyd_edilib-1358502

ŞƏRHLƏR