Bu gün Göyçay rayonuna ezam olunan bəzi qəzet, sayt, yotube kanal, sosial şəbəkədə aktiv olan yazarlar rayonda 4 il müddətinə görülən işlərlə tanış oldular. Mətbuat nümayəndələri ilə görüş keçirdən icra Hakimiyyəti Başçısı cənab Mehdi Səlimzadə görüşdə çıxış edərək Azərbaycan mətbuatının inkişaf tarixi uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və şərqi Avropa ölkələri sırasında birincilərdə olduğunu bildirdi. Rayon rəhbəri mətbuat ilk növbədə intellektual sahə olduğu üçün heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibliyini qeyd etdi.
M. Səlimzadə çıxışında əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, mətbuatının tarixi də bir qədər daha sonraki dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan cəmiyyəti hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir cəmiyyətin mövcud olduğunu bildirən icra Hakimiyyəti Başçısı jurnalistlərin böyük dostu adlandırılan ümummilli lider Heydər əliyev hər zaman mətbuatımızın inkişafına böyük diqqət və qayğı göstərdiyini, ölkə prezidenti ilham əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar isə sözün həqiqi mənasında milli mətbuatımızın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu qeyd etdi. Rayon rəhbəri Mətbuat şurasının, az sonra isə Prezident Yanında KiV-lərə Dövlət Dəstəyi Fondunun yaradılması, KiV orqanlarına verilən yardımların ildən ilə artması, qəzetlərin üzləşdikləri problemlərin aradan qaldırılması sahəsində görülən işlər dediklərimizə əyani sübut oldu. Aərbaycan müstəqillik əldə etdiyi illərdə qarşıya çıxan başlıca problemlərdən biri ondan ibarət idi ki, Azərbaycan mətbuatında dərin bir tənəzzül baş verirdi. Bu isə öz növbəsində Azərbaycan cəmiyyətinin leksikonunda, hətta "reket jurnalistika" kimi öz əksini tapan söz birləşməsinin meydana gəlməsi ilə yadda qaldı. Eyni zamanda, həmin mərhələ obyektivliyin təhrif olunması, qərəzli fikirlərin həqiqət kimi yayılması mənfi tendensiyalarla səciyyələndirilirdi. M. Səlimzadə çıxışında cənab Prezident ilham əliyevin göstərişi ilə qəzetlərin yığılan borclarının ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım olmasını və buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldüyünü vurğuladı. Məhz bundan sonra KiV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdiyini qeyd etdi. Prezident ilham əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident ilham əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı.Prezident ilham əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən uyğun qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən "inqilabçı jurnalistika", yaxud "reket jurnalistikası" yavaş-yavaş sıradan çıxmağa başladı. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, jurnalistlər üçün tikilən evlərin jurnalistlərə paylanması və eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.
Rayon icra hakimiyyəti başçısı çıxışının sonunda Göyçayda mətbuat nümayəndələri üçün yaradılan şərait, rayonda 3 saytın, 1 qəzetin, 1 yotube kanalının fəaliyyəti üçün ofisin, bütün şəriatin yaranmasını bildirdi. Rayonda keçirilən kütləvi tədbirlərdə, qəbullarda, görüşlərdə mətbuat nümayəndələrinin iştirakının təmin olunmasını bildirdi. Birtərəfli mövqe tutan, qəzrəzli yazı yazan, böhtan, yalan paylaşaraq, məsuliyyətsiz, peşəkar olmayan bəzi "jurnalist"ləri öz vəzifələrini şərəflə,məsuliyyətlə daşımalarını, yazı və ya paylaşma etmədən dəqiqləşdirərək, araşdırma aparmalarını vacibliyini qeyd edən rayon rəhbəri bu gün rayona ezam olunan mətbuat nümayəndələrinə isə rayon ərazisində xidmət aparmaları üçün açıq qapının elan olunduğunu qeyd etdi. Sonda jurnalistlərə gördüklərini yazıb. paylaşmalarını tövsiyyə etdi. Üç gün rayonda olan jurnalistlər son 4 il ərzində görülən işlərlə, abadlıq, quruculuq, hazırda gedən yenidənqurma ilə tanış oldular.
|
|
|
|
|
|