"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçayda region bələdiyyələri maarifləndirilib

--2015-07-28 / 19:34

Bu gün Göyçay Regional ədliyyə şöbəsinin akt zalında  Ucar, Ağdaş , şamaxı və Kürdəmir  bələdiyyələrinin iştirakıyla  “Yerli büdcənin tərtibi və icrasına nəzarət mexanizmləri” mövzusunda növbəti seminar keçirilib.

Tədbridə Göyçay Regional ədliyyə şöbəsinin aparıcı  böyük məsləhətçisi  Teymur Mustafayev çıxış edərək bələdiyyələrin üzərinə düşən  vəzifələrdən danışaraq bələdiyyyə tərəfindən qəbul edilən  aktların şöbəyə vaxtında   verilməsini və şöbə əməkddaşalaır tərəfindən irəli sürülən  təklif və tövsiyyələrə diqqətlə  yanaşnalı olduqlarını bildirib. Yeni seçilən bələdiyyə üzvlərinin xeyli hissəsi yenidir və təcrübəsizidir. Odur ki ,  büdcənin tərtibində bu günkü seminarın bələdiyyələr üçün əhəmiyyət böyük  olacaqdır.

Tədbirdə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin təmsilçisi Zöhrab Fərəcov çıxış edərək bələdiyyələrə  büdcə tərtibiylə bağlı məlumatlar vermiş, yerli orqanlara vacib olan məqamları onların diqqətinə çatdırmışdır.  Z.Fərəcovun sözlərinə görə, ən əsası odur ki, bütün qərarlar qanunauyğun şəkildə tərtib olunmalıdir. Prezident sərəncamıyla əmlak vergisnin yığımında irəliləyişlərin olması üçün əhali arasında təbliğat işinə diqqətin artırmaq lazım gəldiyini deyən Z.Fərəcov dövlət təşkilatlarına olan borcların vaxtında qaytarılmasına diqqətli olmalarını  da qeyd edib.

Tədbirin yekununda bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR