28 aprel 2020-ci il tarixdə vətəndaşların növbəti onlayn qəbul zamanı kənd sakinlərindən bir qrupu maddi yardım verilməsi, təsərrüfatlarının suvarma suyu ilə təminatın yaxşılaşdırılması və sair məsələlər barədə müraciətlər etmişlər.
Rayon icra Hakimiyyətinin başçısı sakinlərinin müraciətini dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Rayon icra Hakimiyyətinin başçısı M.Səlimzadə videokonfrans vasitəsi ilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini daha da gücləndirilməsinin, mütəmadi dezinfeksiya işlərinin davam etdirilməsinin, vətəndaşlar arasında zərurət olmadıqda çölə çıxmamalarını və şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə izahat işləri aparmağı tapşırmışdır.