"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçayda yeni doğulmuş körpələrə dogum şəhadətnamələri və hədiyələr təqdim olundu

--2019-06-03 / 16:07

1 iyun Uşaqların müdafiə günü Göyçayda yeni doğulmuş körpələrə dogum şəhadətnamələri və hədiyələr təqdim olundu.

Göyçay rayon icra Hakimiyyəti, Göyçay regional ədliyyə idarəsi və Göyçay rayon Qeydiyyat şöbəsi birgə rayon Mərkəzi Xəstəxanasında son on gündə anadan olmuş körpələrin valideynlərinə rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamələr təntənəli şəkildə təqdim olunmuşdur.
Tədbirdə çıxış edənlər yeni doğulmuş uşaqların valideyinlərini təbrik edərək, onlara sağlamlıq və xöşbəxtlik arzuladılar.
 Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Könül Məmmədova çıxış edərək bildirdi ki, hər il olduğu kimi bu ildə 1 iyun uşaqların müdafiəsi günü rayonumuzda yeni doğulmuş körpələrə doğum haqqında şəhadətnamələr təqdim olunur. Bu gün 11 körpəyə təqdim olunan şəhadətnamələr və hədiəyələr sabahımız olan körpələrə, o cümlədən uşaqlara dövlət qayğısının bariz nümunəsidir. Rayonumuzada bu sahəyə uşaqlara və gənclərə daima diqqət var.Hər il bu gözəl aksiya həyata keçirilir. 
Sonra doğum haqqında şəhadətnamələrin təqdimatı keçirildi. Valideyinlərə hədiyələr təqdim edildi.

Göyçay regional ədliyyə idarəsi 

ŞƏRHLƏR