Sentyabrın 2-də bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” istehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 162 abonenti olan Çərəcə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8479 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 162 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
239 abonenti olan Yeniarx kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 20826 metr müxtəlif diametrli polietilen və 20 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, evlər sayğac və fərdi tənzimləyici ilə təmin olunub.
Hazırda Göyçay rayonunun daha 5 kəndində - Çaxırlı, Ləkçılpak, şəkər, Bəydövül və Çərəkə kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Tədbirlərdə çıxış edən kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident ilham əliyevə minnətdarlıqlarını bildiriblər.
http://azertag.az/xeber/Goychayin_daha_iki_yasayis_menteqesine_tebii_qaz_verilib-989213