"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göygöl bələdiyyələri mədən vergisinin həcmini 400 faizədək artıra biliblər

--2018-05-29 / 19:26

Göygöl rayonunun 24 bələdiyyəsi ötən il ərzində 412.000 manat maliyyə vəsaiti toplaya bilib. Bu 2016-cı ildəki rəqəmdən cəmi 37.2 faiz artıq deməkdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 12.7 faiz, əmlak vergisinin həcmi 16.1 faiz, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 30.4 faiz, icarəyə verilmiş torpaq və əmlakdan daxil olan vəsaitin həcmi isə 6.3 faiz olub.

il ərzində 24 bələdiyyəyə ayrılan dotasiyanın həcmi 50.000 manat olub.

2017-ci ildə Göygöl bələdiyyələrinin büdcəsinə mədən vergisindən 84.800 maliyyə vəsaiti daxil olub ki, bu da illik büdcənin 20.6 fazii deməkdir. Maraqlıdır ki, 2017-ci l ərzində Göyğöl bələdiyyələri mədən vergisinin həcmini 2016-cı ilə müqayisədə 380 faizə yaxın artıra biliblər. Qeyd edək ki, respublika üzrə bu rəqəm 393.800 manat təşkil edib ki, bu da ümumi göstəricidə 21.5 faiz deməkdir.

Bununla yanaşı il ərzində avtodaynacaqlardan, açıq məkanda reklamlardan, mehmanxana, turizm, kurort - sanatoriya ödənişlərindən Göygöl bələdiyyələrinin büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

ŞƏRHLƏR