"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göygöl bələdiyyələrinin büdcə gəlirlərində 12 faiz azalma var

--2019-07-04 / 20:53

Göygöl rayonunda formalaşan 24 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 337.800 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 12 faiz azalma deməkdir. əldə edilən vəsaitin isə 43.9 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Göygöl bələdiyyələri ötən il ərzində 50.100 manatlıq əmlak vergisi, 42.000 manatlıq torpaq vergisi, 32.100 mədən vergisi, 100 manatlıq reklam rüsumu toplaya biliblər.

il ərzində mehmanxanalardan və dayanacaqlardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 50.000 manat dövlət tərəfindən dotasiya ayrııb.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 412.000 manat olmuşdur.

Maraqlı məqam ondadır ki, Göygol bələdiyyələri əldə etdikləri qazancın 52.3 faizini, yəni 173.300 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 39 faizini isə 127.100 manat isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR