Hacıyev Mikayıl Xanlar oğlu 1942-ci ilin dekabrında Göygöl rayon Çiləgibörd qəsəbəsində anadan olub.
Atası Xanlar Hacıyev uzun müddət Çiləgibord Kolsedant zavodunun rəhbəri işləyib. Zavodda əsasən neftayırma üçün zəruri olan məhsul istehsal edirmiş. Sonradan neft istehsalında yeni texnologiyalarında tətbiqi zavodun bağlanmasına səbəb olub. Nəticədə qəsəbə sakinləri aşağı kəndlərə və rayon mərkəzinə köçüblər. O cümlədən M.Hacıyevində ailəsi rayon mərkəzinə köçüb.
Mikayıl Hacıyevın iki ali təhsili var. Rostov Politexnik institunu və Gəncə Pedaqoji institutunu bitirib.
əmək fəaliyyətinə Daşkəsəndə başlayıb. Daşkəsəndə və Göygöldə peşə təhsili sistemində müxtəlif vəzifələrdə direktor müavini və direktor vəzifələrində çalışıb.
1999-cu ildə bələdiyyə seçkilərinə qatılaraq üzv, 2000-cı ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib. Dörd çaığırış bələdiyyə seçkilərində qalib gələrək ilk iclasda sədr vəzifəsinə seçilib.
Respublikanın təcrübəli bələdiyyə sədrlərindəndir.