Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon icra Hakimiyyətinin başçısı Gülağa islamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə Rayon icra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Bu barədə məlumatı Xəzər RiH yayıb.
Görüşü Rayon icra Hakimiyyətinin başçısı Gülağa islamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparıldığını vurğulayaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Sonda Rayon icra Hakimiyyətinin başçısı Gülağa islamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verib.
Belediyye.info