"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gülağa islamovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşadan qayıdıb

--2018-06-14 / 12:51

Xəzər rayonu icra Hakimiyyətinin başçısı başda olmaqla 5 nəfərlik nümayəndə heyəti Varşavanın Nadajin qminasına (Polşa) səfəri başa çatıb.

Nümayəndə heyətinə Xəzər Rayon icra Hakmiyyətinin başçısı Gülağa islamov (rəhbər), Xəzər RiH ictimayi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Binə qəsəbəsi 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyeva, Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov və sədr müavini Jalə əhmədovda daxil olub.

Belediyye.infoya daxil olan məlumata görə, səfər çərçivəsində Polşa Respublikasında Azərbaycan səfirliyi və Nadajin qminası tərəfində təşkil edilmiş bir sıra tədbir və görüşlər keçirilmişdir.

Nadajin liseyində təşkil edilmiş AXC 100 illiyinə, eyni zamanda Polşa Respublikasının müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edən heyət üzvləri mövzu haqqında edilən məruzələri dinləmiş, eyni zamanda Xəzər Rayon icra Hakimiyyətinin başçısı Gülağa ismalov çıxış etmişdir.

Səfir Həsən Həsənovun iştirakı ilə Nadajin qminasında rəsmi qəbul baş tutmuşdur. Görüşdə qminanın yeni seçilmiş voytu (başçısı) Dariuş Zvolinski və meriyanın digər rəsmiləri də iştirak edib.

Görüş zamanı hər iki regionun əməkdaşlığının davamı və şagirdlərin mübadiləsi haqqında müzakirələr edilib.

Azərbaycanın Polşadakı səlahiyyətli səfiri Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə nümayəndə heyətinin üzvlərinə eyni zamanda Polşa tərəfinədə xatirə nişanları təqdim edib.

Nadajin liseyində Azərbaycan Polşa dostluq münasibətlərinin 545 illiyinə həsr edilmiş sərginin açılışında Xəzər rayon icra başçısı Gülağa islamov çıxış edərək Azərbaycan Polşa xalqları arasında əsrlər boyu davam edən dostluq əlaqələrindən söhbət açmış, səfir H.Həsənov isə sərgilənən tarixi faktlar haqqında geniş məlumat vermişdir.

Daha sonra Azərbaycan Polşa diplomatik əlaqələrinin yaranmasının 540 və bərpasının 20 illiyinə həsr edilmiş "Dostluq" abidəsini ziyarət edərək əklil qoyulmuşdur. Qardaş qmınanın keçmiş voytu Yanuş Qjibin məzarı da ziyarət edilərək onun qəbrinin üstünə əklil qoyulmuşdur.

Azərbaycanın Polşa Respublikasındakı səfirliyi tərəfində Azərbaycan-Polşa dostluğu şərəfinə ucaldılmış Azərbaycan Milli Ordusunun polyak əsilli generalı Maçey Sulkeviç və Polşa Milli ordusunun əslən azərbaycanlı polkovniki Vəli bəy Yadigarın abidəsi ziyarət edilərək əklil qoyulmuşdur. Səfər zamanı heyət üzvləri Nadarjın ərazisində yerləşən Ptak sərgi mərkəzinin fəaliyyəti ilə tanış olmuş və qəsəbədə təşkil edilmiş ailə piknikində də iştirak etmişlər.

Qeyd edək ki, səfər barəsində məlumatı Xəzər RiH-də də təsdiq ediblər.

Belediyye.info

ŞƏRHLƏR