"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gürgən bələdiyyəsi altı ayda nə qədər vergi yığa bilib?

--2019-07-31 / 20:22

Piallahı rayonu Gürgən bələdiyyəsi cari ilin alatı ayı ərzində əldə etdikləri maliyyə vəsaitinin həcmi 9866 manat olub. Bu barədə məlumat Gürgən bələdiyyəsindən daxil olub.

Bələdiyədə altı ay ərzində əmlakın və torpağın satışı həyata keçirilməyib.

Gürgən bələdiyyəsi altı ay ərzində 2.546 manatlıq əmlak vergisi, 4347 manatlıq torpaq vergisi toplaya bilib.

Qeyd edək ki, il ərzində 1700 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Altı ay ərzində ərazidən mədən vergisi, mehmanxana rüsumu, dayanacaq rüsumu, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Gürgən bələdiyyəsi əldə etdikləri qazancın 6.279 manatını yerli özünidarə orqanlarının saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR