Pirallahı rayonu Gürgən bələdiyyəsində 2018-ci il üçün büdcə layihəsi müzakirə edilərək qəbul edilib.
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumata görə, iclasda bələdiyyə sədri H.Vəliyev və bələdiyyə üzvləri E.Məcidov, S.Həsənova, S.Qasımov , Y.Vəliyev, A.Bayramov, M.əliyeva,ş. Mustafayev,H. əhmədova iştiak ediblər.
Büdcə layihəsinə həsr olunan iclasda bələdiyyə üzvü Elnur Məcidov çıxış edərək bildirib ki, bələdiyənin 2018-ci il üçün nəzərdə tutulmuş yerli büdcəsinə əsasən növbəti ilin gəlir və xərclərinin proqnozu (bələdiyyənin yerli büdcəsinin gəlirləri) fiziki şəxslərdən torpaq vergisi 16.800, fiziki şəxslərdən əmlak vergisi 5.400, Dövlət büdcəsindən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti (dotasiya) 1.800, cəmi 24.000 manat planlaşdırılıb.
Onun sözlərinə görə, bələdiyyənin yerli büdcəsinin xərcləri də 24.000 manat nəzərdə tutulub.
Bunlardan yerli özünüidarəetmə orqanlarının saxlanılması 12.000, sosial müdafiə və sosial təminat 2.640, mənzil və kommunal təsərrüfatı 2.860, nəqliyyət və rabitə xərcləri 1000.00, digər xərclər 5.500 manat nəzərdə tutulub.
Beləliklə, bələdiyyə üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirələrdən sonra bələdiyyənin 2018-ci il üçün büdcəsi qəbul olunub.
Belediyye.info