"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacı Zeynalabdin Bələdiyyəsinin sədri: "Bakıda keçiriləcək yarışlar çox fərqli olacaq"

--2016-05-27 / 21:30

“Azərbaycan  Respublikasının Prezidenti cənab ilham əliyevin idmanın inkişafında həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq yarışların ölkəmizdə keçirilməsini reallaşdırmışdır.  2015-ci ildə  ilk Avropa Oyunlarının Bakıda keçirilməsi buna əyani sübut olmuşdur. indi isə 17,18, 19 iyun tarixlərində biz ev sahibi kimi bir çox millətləri bir araya toplayaraq fərqli formula şousu nümayiş etdirməyi qarşımıza məqsəd qoymuşuq. Bu bir gerçəkdir ki, Bakıda keçiriləcək "Formula-1" digər ölkələrdə baş tutan yarışlardan çox fəqlənəcək. şəhəriçi yollarımız sürətin maksimum həddi üçün meydana çevriləcək".

Bunu Belediyye.info saytına Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov söyləyib.

Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və Azərbaycan Respublikasi Milli Karate Federasiyası tərəfindən təsis  edilən “Baku Open 2016” fəxri diplomu Sumqayıt şəhəri Beynəlxalq “Shotokan Karate – Do” klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman əlirzayev Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinə təqdim edib.

Qeyd edək ki,  iyun ayının əvvəli 2015-ci il tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən  “6th World Shotokan Championship” Dünya karate yarışmasında Sumqayıt  şəhəri Hacı Zeynalabdin qəsəbəsinin idmançılardan biri Muradov Rahim 20 saniyə ərzində erməni rəqibinə yarışda qalib gəlməsinə görə mətbuatda işıqlandırmasına Sumqayıt şəhəri  Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi və Hacı Zeynalabdin Bələdiyyəsi böyük dəstəyi olmuşdur.

Belediyye.info

ŞƏRHLƏR