Hacıqabul rayonunda formalaşan 15 bələdiyyənin 3 - nün sədri vəzifəsindən istefa verib.
Bu barədə məlumatı Hacıqabul rayon icra Hakimiyyətinin saytı məlumat verib. Qeyd edək ki, bir müddət öncə bu orqanların bələdiyyə sədrləri istefa verib.
Hacıqabul bələdiyyəsinin sədri seçilən Cavid Babayev bələdiyyə seçkilərindən az keçməmiş istefa vermiş, Muğan bələdiyyəsinin sədri Dilbər Ağayeva və Padar bələdiyyəsinin sədri Asim Xəlilov isə bir müddət əvvəl vəzifələrini tərk etmişlər. Hazırda həmin bələdiyyələrdə sədr səlahiyyətlərini müavinlər icra edir.
Xatırladaq ki, Hacıqabul şəhəri və Balıqçı qəsəbəsini özündə birləşdirən Hacıqabul bələdiyyəsinin inzibati ərazisində 26.800 nəfər, Muğan qəsəbəsində formalaşan bələdiyyədə 5.481 sakin, Padar qəsəbə bələdiyyəsində 1.076 nəfər sakin yaşayır.
Belediyye.info