“Yerli Demokratiya Həftəsi”çərçivəsində şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsinin inzibati binasında və qəsəbənin 12 saylı tam orta məktəbində növbəti görüşlər keçirilib.Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb.
Görüşlərdə bələdiyyənin 2017-ci ildə həyata keçirdiyi sosial layihələr və bələdiyyə büdcəsinin xərcləri barədə seçicilərə məlumat verilmişdir.
Bələdiyyənin sosial müdafiə və sosial-inkişaf daimi komissiyasının sədri Həsənpaşa Tahirov bələdiyyənin 2017- ci ildə həyata keçirdiyi sosial layihələr barədə məlumat vermişdir.
Büdcə məsələləri daimi komissiyasının sədri Elxan şahgəldiyev bələdiyyənin 2017- ci il gəlir və xərcləri barədə sakinlərə məlumatlandırılmış təklif olunan məsələlər müzakirə olunmuşdu.
Qeyd etmişdir ki, Hacıqəhrəmanlı bələdiyyəsi ötən illərə nisbətdə bu il vergilərin yığılmasında dönüş yaranmış bu da öz növbəsində bələdiyyənin büdcəsinə öz təsirini göstərmişdir.
2017- ci il ərzində bələdiyyəyə 47 -ədəd yazılı müracət daxil olmuşdur. ərizə və şikayətlər qəsəbədə su xəttinin tənzimlənməsi, yolların təmiri, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması, müxtəlif torpaqayırma sənədləşmələri ilə bağlı olmuşdur. Qəsəbə sakinləri tərəfindən daxil olan müracətlərdə qəsəbə qəbrstanlığının ətrafının hasarlanması, qəsəbədə uşaq baxçasının tikilməsi, M.ə.Rəsulzadə, S.Vurğun, N.Nərimanov, küçələrinə qum çıngıl tökülməsi, qəsəbə qəbirstanlığının ətrafının hasarlanması, bələdiyyə marşurut avtobusunun alınması və s. təkliflər qeyd olunmuşdur.
Qeyd olunan təkliflər 2018-ci ilin iş planına salınacağı nəzərdə tutulmuşdur.
On ay ərzində bələdiyyə sədri tərəfindən 144 vətəndaş qəbul edilmişdir. 30-ədəd yazılı müraciət daxil olmuşdur. Müraciətlər əsasən fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması, su xəttinin tənzimlənməsi, yolların təmiri ilə bağlı olmuşdur və Bələdiyyənin xeyir–şər mağarının hüzür mərasimlərinə verilməsi kimi müraciətlər daxil olmuşdur. Müraciətlər bələdiyyə iclaslarında müzakirə olunmuş və həll olunması istiqamətində müəyyən işlər görülmüşdür.
Belediyye.info