"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacıqəhramanlı bələdiyyəsində qarşıda duran vəzifələr müzakirə edilib

--2017-10-09 / 02:06

şirvan şəhər Hacıqəhramanlı  bələdiyyəsində bələdiyyə üzvlərinin  iştirakıyla payız-qış mövsmünün gəlişiylə bağlı bələdiyyənin üzərinə düşən vəzifələrə həsr olunan növbəti iclasıkeçirilib.

Bu barədə məlumatı Hacıqəhramanlı  bələdiyyəsi yayıb.

Məlumatda qeyd edilir ki, iclasda payız-qış mövsmünün gəlişiylə bağlı bələdiyyənin üzərinə düşən vəzifələr müzakirə edilmiş, qəsəbə sakinlərinin müraciətlərinə baxılmış təklif olunan məsələlər müzakirə edilərək bələdiyyənın ümumi iclasına  tövsiyyə edilmişdir.

iclasda qəsəbə sakinlərinin fərdi təsərrüfatlarda yaradılan  istixanalarda əsasən qazla bağlı olan problemlər və qəsəbə daxili yollara qum-cınqılın tökülməsi məsələləri müzakirə olunmuşdur.

iclasda bələdiyyə sədri Samirə Abışova bələdiyyənin sentyabr ayında gördüyü işlər  barədə bələdiyyə üzvlərinə məlumat vermişdir. Sədr tərəfindən bələdiyyə üzvlərinə yerli  vergilərin yığımı ilə bağlı əhali arasında maarifləndirmə işlərinin artırılmasının  vacıbliyi vurğulanmışdır.

Belediyye.info

ŞƏRHLƏR