şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsində "Maliyyənin əsasları haqqında " Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən növbəti ilin yerli büdcəsinin gəlir və xərc hissəsinin layihəsi müzakirə olunub.
Belediyye.infoya bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Samirə Abışova bildirib.
“Bu məqsədlə "Büdcə məsələləri" Daimi komissiyası öz iclasında bələdiyyəsinin yerli büdcənin gəlir və xərc maddələri hissəsinin layihəsini müzakirə edərək, təsdiq üçün bələdiyənin ümumi iclasının müzakirəsinə təqdim edib."
Sədrin sözlərinə görə, "Büdcə məsələləri" Daimi komissiyasının hazırladığı layihədə büdcənin gəlir və xərc hissəsi dolğun və bələdiyyənin bütün fəaliyyət sahələrini özündə əks etdirir.
2018-ci il üçün Hacıqəhrəmanlı bələdiyyəsinin büdcəsinə gələn gəlirlər fiziki şəxslərdən torpaq və əmlak vergiləri, bələdiyyə torpağının icarəyə verilməsi, bələdiyyə torpağının satışı, bələdiyyənin xeyir-şər mağarından gələn gəlir və dövlət büdcəsindən ayrılan dotasiya ayrı-ayrılıqda göstərilməklə 42.500 manat proqnozlaşdırlıb.
S.Abışova bildirib ki, daxil olan gəlirlərin bu istiqamətdə xərclənməsi nəzərdə tutulub.
əlavə olaraq qeyd edək ki, bələdiyyələrdə büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktaybr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin tanış olması məqsədilə dərc edilir.
Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.
Belediyye.info