şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsi şəhər icra hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə qəsəbədə yaranmış zibilliklərin təmizlənməsi işi başa çatdırıb.
Bu barədə məlumatı Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsi yayıb.
Məlumatda qeyd edilir ki, hər iki qurumnun birgə təşkilatçılığı qəsəbə həyata keçirilən monitorinq zamanı bir sıra yerlərdə sahibsiz qalaqlanmış zibil tullantıları müəyyən edilib.
Bələdiyyə ilcasında bu zibililliklərin ləğv edilməsi qərara alınıb. Nəticə son bir ay müddətində icra nümyaəndiliyi ilə birgə həyata keçirilən addımlar nəticəsində qəsəbə zibilliklərdən tamamilə azad olunub.
Bələdiyyədən daxil olan məlumata görə, yaxın günlərdə əhali arasında da maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|