Bələdiyyələrin fəaliyyəti zamanı bələdiyyə üzvlərinin gördüyü işlər barədə öz seçicilərinə hesabat verməsi “Bələdiyyələrin statusu haqqında”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq iki dəfə 6 aydan bir hesabat verməklə həyata keçirilir. Məlumat üçün bildirirəm ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə dəyişiklik edilməsi barədə 25.10.2011-ci il tarixli 216-IV QAD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr öz Nizamnaməsində müəyyən edilmiş qaydada Yerli büdcənin icrası haqqında birinci yarımilliyin maliyyə hesabatını Büdcə daimi komissiyası iyul ayının 15-nə kimi, bələdiyyənin illik hesabatı isə “Bələdiyyələrin statusu haqqında” Qanununa Azərbaycan Respublikasının 28.10.2014-cü il tarixli 1103-IV QD nömrəli qanunu ilə edilmiş dəyişikliyə əsasən qanunun 52-2 maddəsinin 3-cü hissəsinin tələbinə uyğun növbəti ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi günü görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verilir. Hesabat yazılı formada tərtib edilir elan, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Beləliklə seçicilərə verilən hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir.
ilk öncə qeyd etmək istəyirəm ki, bələdiyyəmizin balansında olan torpaq sahəsi 134.25 hektardır. Bundan 43 hektarı əhalinin xüsusi mülkiyyətində 91 hektarı isə qəsəbə sakinlərinin istifadəsindədir. Bildiyiniz kimi bələdiyyəmizdə bələdiyyə üzvlərindən ibarət 5 daimi “Ekoloji məsələlər”, “Büdcə məsələləri”, “iqtisadi inkişaf məsələləri” və “Sosial inkişaf məsələləri” və “Hüquq məsələləri” daimi komissiyaları fəaliyyət göstərirlər. Bələdiyyəmizin 2022-ci il ərzində fəaliyyət zamanı seçicilərdən 43 şifahi müraciət daxil olmuşdur ki, onun hər birinə diqqətlə yanaşılaraq müsbət həll olunmasına nail olunmuşdur. Daxil olmuş müraciətlər xüsusi qeydiyyat kitabında qeydiyyata alınaraq müzakirə və həll edilməsi məqsədi ilə aidiyyatı daimi komissiyalarda baxılması üçün verimişdir. Ümumiyyətlə bələdiyyənin gördüyü bütün işlər barədə məsələlər əvvəlcə müvafiq daimi komissiyalarda müzakirə edilərək protokollaşdırılmışdır. Komissiyada qəbul edilmiş qərarlar bələdiyyənin ümumi iclasında müzakirə edildikdən sonra icra edilmişdir.
2022-ci il ərzində bələdiyyənin keçiridiyi 22 ümumi iclaslarında 47 müzakirə olunan məsələlərin əksəriyyəti daimi komissiyaların iclaslarında müzakirə edilmiş məsələlər təşkil edir.
Belə ki, “Büdcə məsələləri” komissiyasında 06 məsələ əsasən vəsait ayrılması və büdcə ilə bağlı məsələlər, “iqtisadi inkişaf məsələləri” daimi komissiyasında 04 məsələ müzakirəsi olmunmuşdur. Qalan məsələlər isə Azərbaycan Respublikası ədliyyə Nazirliyinin “Bələdiyyələrlə iş Mərkəzinin “ və şirvan Regional ədliyyə idarəsinin tövsiyə xarakterli məktublarından irəli gələn tələblərin bələdiyyə üzvləri tərəfindən öyrənilməsi və bələdiyyənin işində tətbiq edilməsi zəruri olan məsələlərdir ki, həmin məsələlərin bir başa bələdiyyənin ümumi iclaslarında müzakirə edilməsi təmin edilmişdir. Bildiyiniz kimi Azərbaycan Respublikasının 13.02.2015 –ci il tarixli 1196-IV QD â„–-li Qanunu ilə Bələdiyyə qulluğu haqqında qanuna bir sıra dəyişiklik edilərək qanunun 5-1 maddəsinə əsasən bələdiyyələr bələdiyyə qulluğuna vətəndaşları müsabiqə yolu ilə qəbul etməlidirlər. 2022-ci ildə bələdiyyə qulluğuna qəbul olnumamışdır. Bu məsələ də daimi bələdiyyə rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
2022-ci ilin 01 yanvar tarixindən 31 dekabr tarixənədək yerli büdcəyə daxil olan maliyyə vəsaitləri və həmin vəsaitlərin istifadəsi ilə əlaqədar məsələyə yönəltmək istərdim. Bildiyiniz kimi bələdiyyəmizin yerli büdcəsinin daxilolmaları yalnız aşağıdakı sahələrdən formalaşır.
Fiziki şəxslərdən torpaq vegisnin yığılmasından
əmlak vergisinin yığılmasından
icarə haqqından
Torpaq satışından və
Dövlət büdcəsindən ayrılmış dotasiyadan.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2022-ci il ərzində yerli büdcəyə həmin sahələrdən aşağıdakı qaydada daxilolamlar olmuşdur.
01 yanvar 2022-ci il tarixə büdcə qalığı 148.27 AZN təşkil etmişdir.
MəDAXiL HiSSəSi:
Fiziki şəxslərdən torpaq vergisi 4018.06
əmlak vergisi 3101.48
Torpaq satışı 10450
Dotasiya 1970
Mədaxilin yekunu: 19687.81 AZN
MəXARiC HiSSəSi:
idarənin saxlanılması
O, cümlədən əmək haqqı: 9354.67 AZN
DSMF 8210.18 AZN
icbari tibbi sığorta 364.16 AZN
Abunə haqqı 74.40 AZN
AQBMA 30.0 AZN
Audit xidmət haqqı 500.0 AZN
YAP üzvlük haqqı 26.33 AZN
3% online xidmet haqqı 527.09 AZN
Bakı şəhər ərazi Tikinti – Planlaşdırma idarəsinə 100.0 AZN
Rabitə və internet xərci 136.75
Bank və kart xidmət haqqına 158.0 AZN
Cəmi xərclənmişdir: 19.481.58 AZN
Qalıq: 01.01.2023 206.23 AZN
Göründüyü kimi Yerli büdcənin mədaxil hissəsində yerli daxilolmalardan fiziki şəxslərdən torpaq vergisi: 32681.30 AZN qarşı 4018.06 AZN, əmlak vergisi 25608.32 AZN qarşı 3101.48 AZN, bələdiyyə mülkiyyətinin satışından 10000.0 AZN qarşı 10450.0 AZN, dövlət büdcəsindən gözlənilən dotasiyadan 5000 AZN qarşı 1970 AZN daxil olmuşdur.
2022-ci ilin 1 ili ərzində bələdiyyənin yerli büdcəsinin mədaxil və məxarici 77158.0 AZN proqnozlaşdırıldığı halda maliyyə vəsaitlərinin cəmi daxil olması 19687.81 AZN, xərc hissəsi isə 19481.58 AZN olmuşdur.
Bu gün artıq bələdiyyəmizin vergi ödəyiciləri tam başa düşürlər ki, yerli vergilər vaxtında milli poçt və bank vasitələri ilə ödənilmədikdə vergi məcəlləsinin 59.1-ci maddəsi ilə gecikdirilmiş hər gün üçün faiz hesablanır.Məlumat üçün bildirirəm ki, bələdiyyələrin “Avtomatlaşdırılmış məlumat sistemi” uçot proqramında bütün yerli vergi ödəyicilərinin şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilmiş və hər vergi ödəyicisinə kod verilməklə şəhadətnamələr çatdırılmışdır.
Seçicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, 01 yanvar 2022-ci il tarixdən 01.07.2022-ci il tarixə kimi bələdiyyənin mülkiyyətində olan torpaqlardan fərdi-yaşayış evinin tikintisi məqsədilə 2 nəfər sahibkarlıq məqsədi ilə 1 nəfər tərəfindən müraciət daxil olmuşdur. Fərdi yaşayış evinin -tikintisi və sahibkarlıq məqsədi ilə mülkiyyətlərində torpaq sahəsi almaq barədə müraciət edənlərin ilkin torpaq sənədlərinin hazırlanması proseduru başa çatmamışdır.
Bələdiyyənin 2022-ci ilin fəaliyyəti dövründə nöqsanlarımız da olmuşdur. Belə ki, bildiyiniz kimi Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyev dəfələrlə çıxışlarında qanunsuz tikililərin aparılmasınınn qarşısının alınmasında bələdiyyələrin fəaliyyətsizliyini qeyd etmiş və mövcud qanunsuz tikililərin sökülməsi barədə göstəriş verdiyinin şahidi olmusunuz. Mən, bu gün qeyd etməliyəm ki, həmin çıxışdan biz də nəticə çıxarmalıyıq. Qanunsuz tikintilərin vətəndaşlar tərəfindən sənədləşdirilməsi ilə bağlı bələdiyyə üzvlər mütamadi olaraq qəsəbə sakinləri arasında marifləndirici söhbətlər aparmışdır. Ona görədə nöqsanımız deyə qeyd etdim ki, ilk öncə nöqsan biz bələdiyyə üzvlərinin nöqsanıdır. Çünki bələdiyyə üzvləri əhali arasında qanunsuz tikililər haqqında Azərbaycan Respublikasının qanunları barədə izahat işlərinin aparılmasında və əhalinin maarifləndirlməsində bilavasitə borcludurlar. əks halda Qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir. Tərəfimizdən qanunsuz tikililərlə bağlı 5 nəfər qəsəbə sakininə qanunamüvafiq qaydada xəbərdarlıq olunmuş, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı ərizələri alınmış, ilkin sənədləşmə işi aparılmışdır.
2022-ci il ərzində Hacıqəhrəmanlı bələdiyyəsi öz daxili imkanları hesabına qəsəbədə yaşayan aztəminatlı ailələrə, şəhid ailələrinə maddi köməkliklər göstərilmiş, onlar daim diqqət mərkəzində saxlanılmışdır. Aztəminatlı ailələrin yas mərasimlərinin keçirilməsində və şəhidlərimizin anım və döğum günlərində bələdiyyənin balansında olan xeyir- şər mağarını istifadə üçün üçün verilmiş və köməklik olunmuşdur.
2023-ci ildə qarşımızda çöx böyük görüləsi işlərimiz vardır. Fəaliyyət göstərən hər bir komissiya özünün tədbirlər planını icra etməyə borcludur. Bildiyiniz kimi görülən hər bir iş bələdiyyə iclasında müzakirə edildikdən sonra həyata keçirilməsi təmin edilir.
Seçicilərimizi əmin edirəm ki, nəzərdə tutulmuş bu kimi sosial yönümlü məsələlərin 2023-ci ildə həllinə sizlərlə nail olacağıq.
S.ə.Abışova
şirvan şəhər Hacıqəhrəmanlı
Bələdiyyəsinin sədri