şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsi 12 saylı tam orta məktəbdə "15 sentyabr Bilik Günü"nə həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumatı adıçəkilən bələdiyyə yayıb.
Tədbirdə Hacıqəhrəmanlı Bələdiyyəsi, Hacıqəhrəmanlı qəsəbə icra nümayəndəliyi ilə yanaşı digər qonaqlarda iştirak edib.
ilk öncə məktəb direktoru F.Səmədov çıxış edərək tədbir iştirakçılarını təbrik edib.Tədbir iştirakçılarından E.şahgəldiyev, H.Tahirov, N.Quliyev məktəbin kollektivinə şagirdlərə yeni tədris ilinin başlanması münasibətilə uğurlar arzulayıblar.
Sonra çıxış edən Bələdiyyə sədri S.Abışova Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə “ Ümumi təhsil müəssisələrində 2017-2018 –ci illər ilk dərs məşğələsinin “Cocuq Mərcanlı - tarixin qayıdışın başlanğıcı”na həsr olunmasından danışıb.
Sdər çıxışında qeyd edib ki, cənab prezidentimiz ilham əliyevin sərəncamı ilə Cocuq Mərcanlı kəndinin bərpası cəmiyyətdə böyük ruh yüksəkliyinə səbəb olub. Bu sərəncamın mənəvi tərəfi qeyri-adi dərəcədə yüksəkdir. Uşaq və gənclərin vətənpərvərlik tərbiyyəsində böyük əhəmiyyət daşıyan Aprel döyüşlərinin qələbəsi olaraq azad Azərbaycan torpağına qayıdışın əsası qoyulur. Gün o gün olsun ki, torpaqlarımız işğaldan azad olunsun 2018- ci ilin ilk tədris ili Qarabağa qayıdışa, qələbəyə həsr olunsun.
Tədbir ədəbi-bədii kopmpozisiya və müxtəlif rəqs nömrələri ilə yekunlaşıb.
Belediyye.info