"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hacıqəhrəmanlı qəsəbəsindədə 2 mobil təbliğat qrup yaradılıb

--2020-07-16 / 09:20

Artıq bir müddətdir ki, dünya COViD- 19 virusunun yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zamanda bütün ölkələri cənginə alan virusun yayılma arealı və təsiri o həddə çatdı ki, Ümümdünya Səhiyyə Təşkilatı bu Pandemiya elan etdi.Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə böhranın yayıldığı ilk dövrlərdə ölkəmizin ehtimal ediləcək miqyası təhlil olunaraq ciddi mübarizə tədbirlərinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq məlumatlandırma, marifləndirmə və digər tədbirlərin bir mərkəzdən kordinasiyası həyata keçirildi və hazırda bu iş çox yüksək səviyyədə davam etdirilir.  

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər daima birbaşa Prezident cənab ilham əliyevin nəzarətində olmuşdur. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, Covid-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Ölkə Prezidenti cənab ilham əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur.

Ölkə Prezidenti koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. şirvan şəhərində   koronavirus əleyhinə marifləndirmə işləri aparmaq üçün 35 mobil təbliğat qruplar yaradılıb.

Bu qruplar ictimai-iaşə və xidmət obyektlərində reydlər keçirir əhalinin sıx toplaşdığı yerlərdə marifləndirici söhbətlər aparır.

O cümlədən şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsindədə 2 mobil təbliğat qrup yaradılıb. Bu qruplar qəsəbə ərazisində fəaliyyət göstərən obyektlərdə, ictimai nəqliyyatlarda olur ,sakinlərlə görüşür karonavirusdan qorunmaq üçün marifləndirici söhbətlər aparlır. Sosial məsafənin gözlənilməsi maskadan istifadə olunması tövsiyə olunur.

Samirə Abışova

şirvan şəhəri Hacıqəhrəmanlı bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR