"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hakim Nərimanov Bələdiyyəsi haqqında hansı qərarı verəcək?

--2022-03-18 / 08:54

Bu gün Nərimanov Məhkəməsində hakim Gültəkin əsədovanın sədrliyi ilə keçirilən prosesdə Natiq əliməmmədovuun həm “iNTEKS” şirkətinin rəsmilərinə, həm də Nərimanov bələdiyyəsinə qarşı qaldırdığı iddiaya baxılacağı deyilir.

Nərimanov bələdiyyəsindən verilən məlumata görə, mart ayının 7-də baxılmalı olan iddianı hakm G.əsədova bir neçə dəfə hansısa səbəbdən vaxtını dəyişərək nəhayət ki, 18 mart tarixində baxacağına qərar verib. O da bildirilir ki, Nərimanov bələdiyyəsi qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət edib. Yəni prosesdə hər iki iddiaya bir yerdə baxılması gözlənlir.

Nərimanov Məhkəməsinin hakimi Gültəkin əsədovanın sədrliyi ilə baxılacaq iddia ərizələrində bu dəfə ədalətli və qanunun tələblərinə uyğun şəkildə qərar veriləcəyniə inanmaq istərdik. Düşünmək olar ki, hakım həm bələdiyyəni, həm də “iNTEKS” şirkətini narahat edən aşağıdakı suallara aydlınlıq gətirə biləcək.

1. Pilot layihənin ərazisinə düşən dövlət əmlaki özlələşdirilməyə çıxarıla bilərmi?

2. əmlak məsələləri Dövlət Xidməti Təbriz küçəsi 10 ünvanında olan dövlət əmlakını hansı əsasla satışa çıxarıb, bununla yanaşı əgər satışa çıxarılmışdısa onda həmin əmlakın bir hissəsində 20 il ərzində fəaliyyət göstərən Nərimanov bələdiyyəsinə niyə təklif edilməyib?

3. Ümumiyyətlə, bu çıxarışın verilməsi zamanı qanunun tələb etdiyi prosedurlar gözlənilibmi?

Sonda Prezident ilham əliyevin son günlərdə səsləndirdyi fikri bir daha hər kəsə xatırlatmaq istərdim: “Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir”.

Ölkə başçsının söyləmiş olduğu bu fikirlər bütün bələdiyyə qulluqçularının da ürəyindən xəbər vermiş oldu. Belə ki, Nərimanov bələdiyyəsinə qarşı məhz bəzi məmurların bu günədək qəbul etdikləri qərarlar üç aya yaxındır ki, bələdiyyə qulluqçularında ciddi gərginlik yaratmaqdadır. Bu qərarlar bələdiyyədə, demək olar ki, iş ahəngini pozub.

Hər halda hakmin qərarını gözləyək…

Belediyye.info

 Mövzuyla əlaqəli digər yazılar

http://belediyye.info/new/details/--6865.htm

http://belediyye.info/new/details/--6848.htm

http://belediyye.info/new/details/--6778.htm

http://belediyye.info/new/details/--6865.htm

http://belediyye.info/new/details/--6850.htm

 

ŞƏRHLƏR