"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hakimiyyət orqanları arasında məsləhətləşmə və danışıqların effektiv mexanizmi haqqında

--2015-07-14 / 16:10

Avropaya inteqrasiya Azərbaycanın könüllü və məntiqi olaraq seçdiyi yoldur. Bu yol Qərb sivilizasiyasına yaxınlaşmaq və ölkəmizi dünyanın ən öndə gedən dövlətləri səviyyəsinə yüksəltməkdən ibarətdir.

Qeyd olunan nailiyyətlərlə yanaşı ölkəmizdə yerli özünüidarəetmənin inkişafı və bu inkişafa çox əhəmiyyətli təsir göstərən Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının fəaliyyətlərinin gücləndirilməsi istiqamətində ciddi tədbirlər görülür.

2006-cı ilin sonunda ölkəmizdə “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”-nın tələblərinə uyğun olaraq, sonralar Avropada “Azərbaycan modeli” kimi tanınmış şəhər, Qəsəbə və Kənd  Bələdiyyələrinin Milli Assosiasiyaları yaradılmışdır.   

Assosiasiyalar fəaliyyətinin ilk illərində əsas qüvvələrini təşkilatlanma məsələlərinə, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə və təkmilləşdirilməsinə, yerlərdə dövlət proqramlarının icrasında və yerli əhəmiyyətli layihələrin reallaşmasında  bələdiyyələrin iştirakının təmin olunmasına, yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolunun və nüfuzunun gücləndirilməsinə yönəltmişlər. ilk olaraq assosiasiyaların təşəbbüsü və təşkilatçılığı ilə Bakıda və 51 rayon mərkəzində “şəhər, Qəsəbə, və Kəndlərin sosial-iqtisadi inkişafında yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı” mövzusunda ələdiyyə sədrlərinin toplantıları keçirilmiş, onların rayon şuraları və şəhər, Qəsəbə və Kənd  Bələdiyyələrinin Milli Assosiasiyasının Fəaliyyətini əlaqələndirmə şurası yaradılmışdır. Bu da ayrı-ayrı Bələdiyyələrin və Assosiasiyalarının birqə fəaliyyətinin səmərəliliyin artırılması baxımından kifayət qədər əhəmiyyətli olmuşdur.

            Bələdiyyələri ən çox maraqlandıran və narahat edən məsələlərin çevrəsini müəyyən etmək üçün bələdiyyələrlə birbaşa görüşlər keçirilmiş, onların çoxsaylı  təklifləri toplanıb ümumiləşdirilmiş və nəticədə məlum olmuşdur ki, bələdiyyələr üçün ən aktual problemlər onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, Bələdiyyələrin maliyyə və iqtisadi potensialının artırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması, daimi xidmət sahələrinin açılması, mülkiyyətin artırılması və idarəedilməsi, yerlərdə sosial məsələlərin həlli ilə bağlıdır.

Sözsüz ki, hər bir dövlətdə mərkəzi hakimiyyətlə yerli və regional hakimiyyətlər arasında danışıqlıqların və aparılan müzakirələrin müsbət nəticəsi mövcud problemlərin və qaldırılan məsələlərin operativ həll olunması və sonda vətəndaşların istəklərinin yerinə yetirilməsidir. Bu istiqamətdə hesab edirəm ki, respublikamızda çox yaxşı ənənə vardır. Belə ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətini daha da gücləndirmək, yerli icmaların sosial sifarişlərindən irəli gələn layihələrin həlli zamanı bir sıra problemlərin aradan qaldırılması, qabaqcıl iş təcrübəsinin öyrənilməsi məqsədilə Bələdiyyə Sədrlərinin Ümumrespublika Toplantıları keçirilir. Həmin Toplantılar Milli Assosiasiyaların xətti ilə təşkil olunur və Prezident Administrasiyanın rəhbərinin və nazirlərin iştirakı ilə keçirilir. Müzakirə olunan məsələlərə vəzifəli şəxslər öz münasibətlərini bildirir və dəyərli tövsiyələrini verirlər.

Milli Assosiyaların 8 illik fəaliyyəti dövründə 3 böyük Ümumrespublika Toplantısı keçirilmişdir ki, bu da bələdiyyələrin fəaliyyətində növbəti bir təkan olmuş, toplantıların yekunları, Toplantılarda qəbul edilmiş tövsiyyələr, bir qayda olaraq, növbəti mərhələ üçün ölkə bələdiyyələrinin fəaliyyət proqramına çevrilmişdir.

            Azərbaycanda hər il ənənəvi olaraq Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə “Yerli Demokratiya Həftəsi”- tədbirləri keçirilir.

            “Həftə”-lər ərzində yerlərdə “qaynar telefon xəttləri”, “bələdiyyə poçtu” qutuları, xüsusi məlumat lövhələri quraşdırılır, “acıq qapı günləri”, dəyirmi masalar keçirilir, tədbirlərdə gənclərin, qadınların və əhalinin daha fəal iştirakına xüsusi diqqət yetirilir, “vətəndaş bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin geniş imkanlar yaradılır. Burada qaldırılan bəzi məsələlərin mərkəzi hakimiyyət orqanlarına çatdırılmasını məhz bələdiyyələr həyata keçirir.

 Milli Assosiasiyalar fəaliyyət dövrü ərzində bələdiyyə qanunvericiliyi ilə bağlı Milli Məclisin qəbul etdiyi qanun layihələrinin hazırlanmasında aktiv iştirak etmiş Bələdiyyələrin maraqlarını təmin edən müddəaların qanun layihələrinə əlavə olunmasına nail ola bilmişdir.

Son 5 ildə 1 yeni qanun qəbul edilmiş, 9 qanunda dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 fərman verilmişdir. “Bələdiyyələrin statusu”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət”, “Bələdiyyələrin maliyyəsinin əsasları”, “Bələdiyyə torpaqlarının idarə edilməsi” və digər qanunlara edilmiş dəyşikliklər yerli özünüidarəetmənin gələcək inkişafında mühüm rol oynamaqla bir sıra problemlərin aradan qaldırılmasına imkan vermişdir. Milli Assosiasiyaların və bələdiyyə nümayəndələrinin həmin qanunların Milli Məclisin daimi komitə və plenar iclaslarında müzakirəsi zamanı fəal iştirak etmişlər.

Fəaliyyət dövrü ərzində Milli Assosiasiyaların Milli Məclis, aidiyyatı nazirlik və idarələrlə işgüzar əlaqələri daha da inkişaf etdirmiş, yerli özünüidarəetmə məsələləri ilə bağlı bir sıra bələdiyyə nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Milli Məclisin Reqional Məsələlər Komitəsi ilə birgə iş aparılmışdır.

Bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi qanunauyğun və şəffaf həyata keçirmək və bələdiyyə qulluğunun nüfuzunun gücləndirmək məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və “Bələdiyyə qulluğu haqqında” Qanunun müvafiq maddəsinə dəyişiklik edilmişdir. əsas məqsəd isə bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilməsi və yerli özünüidarəetmə orqanlarının və bələdiyyə qulluğunda səmərəliliyin artırılmasıdır.

Belə məsələlərdə biz Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya ilə məsləhətləşmələr aparır və müsabiqə keçirilməsi üçün metodiki tövsiyələrdən səmərəli istifadə edirik. Çünki, artıq həmin Komissiyada fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla xeyli vaxtdır ki, zəngin təcrübə əldə olunmuşdur.

Keçən il  “Büdcə haqqında” Qanuna dəyişiklik edilməklə bələdiyyələrə subvensiya-yəni məqsədli pul ayırmalarının verilməsi nəzərdə tutulmuşdur. Məlumdur ki, bir sıra Avropa dövlətlərinin yerli özünüidarəetmə qurumları bu təcrübədən çoxdan istifadə edirlər. Düzdür, bizim ölkəmizdə ayrılacaq vəsaitin düzgün və ədalətli olaraq bələdiyyələr arasında bölünməsinə heç bir şübhəmiz yoxdur. Çünki, istənilən vaxt müvafiq dövlət orqanlarına birbaşa müraciət edə bilərik. Lakin, hesab edirəm ki, bəzi Avropa ölkələrində müsbət təcrübə vardır. Belə ki, Latviya təcrübəsindən yararlanmağın daha önəmli olduğunu qeyd etmək istərdik. Hər iki ölkənin Milli Assosiasiyalarınin xətti artıq bəzi şəhər və qəsəbələrinin qardaşlaşmasına dair 12 müqavilə bağlanmışdır. Latviyalı həmkarlarımızın bu sahədə iş təcrübəsinin öyrənilməsi də əhəmiyyətlidir. Belə ki, istər Maliyyə Nazirliyinə, istər Nazirlər Kabinetinə və Parlamentə bu barədə təkliflərin verilməsi və müzakirələrin aprılması və xüsusən də bələdiyyələrin və ittifaqların etirazları olduğu təqdirdə rəylərinin müvafiq sənədlərə əlavə edilməsi təcrübəsi müsbət təcrübə kimi öyrənilə bilər.

Qoşqar Məmmədov

 Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının

sədr müavini

ŞƏRHLƏR