"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Hansı bələdiyyə daha çox qazana bilib ?- Maraqlı

--2016-04-09 / 12:57

Dövlət Statistika Komitəsindən Belediyye.info daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında (171 bələdiyyə), Bakı şəhərində (52 bələdiyyə), Gəncə şəhərində (3 bələdiyyə), Bərdə rayonunda (66 bələdiyyə) və Qobustan rayonunda(16 bələdiyyə) formalaşan bələdiyyələrin 2014- cü illə müqayisədə ötən il büdcə gəlirlərini az da ola artıra biliblər. Xatırladaq ki, ümumi göstərcilərə görə ölkə bələdiyyələri 2014 cü illə müqayisədə ötən il 38% az maliyyə vəsaiti toplaya biliblər.

Gəncə bələdiyyələri 22,7%, Bakı bələdiyyələri 14%, Naxçıvan bələdiyyələri 8,6%, Qobustan bələdiyyələri 3,4%, Bərdə bələdiyyələri isə 1,0% artıq vəsait toplayıblar.

Bakı bələdiyyələrində daxil olan vəsaitin 48,1 % fiziki şəxslərin əmlak vergisindən, Qobustanda 25,4% mədən vergisindən, Bərdə bələdiyyələrinin 10,4 % küçə reklamlarının yerləşdiriliməsindən və 23% torpaq vergisindən, Gəncə bələdiyyələrin 30,1% -isə əmlak vergisindən daxil olub.

Belediyye.info

   

ŞƏRHLƏR