Belediyye.infonun bu istiqamətdə apardığı araşdımadan məlum olub ki, hazırda E-manat və Easypay -onlayn ödəniş sisteminə Bakının Nəsimi, Nizami, Səbail (Səbail və Badamdar), Binəqədi (Binəqədi rayon), Qaradağ (Lökbatan, ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,) Yevlax, Gəncə (Nizami və Kəpəz) bələdiyyələri, E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha doqquz bələdiyyə - Bakıxanov, Sabunçu, Yasamal, Xırdalan, Zabrat, Ramanı, Nizami, Pirşağı və Bilgəh bələdiyyəsi qoşulub.
Bələdiyyələrdən daxil olan məlumatlara görə, hər ay elektron ödəmə sistemlərindən büdcə daxilolmalarının həcmi 3-5 % -dək vəsait artıb.
Beləliklə, onlayn ödəniş sisteminə 14 bələdiyyə Easypay sisteminə, 10 bələdiyyə isə E-manat sisteminə qoşulub.
Belediyye.info