Belediyye.info daha bir sorğuya yekun vurdu. Bir ay davam edən sorğuda daha çox bələdiyyələrin fəaliyyətinə maneə yaradan strukturlar sırasında birinci yerdə icra hakimiyyəti orqanları tutub. Müvafiq olaraq respondentlərin 46% -i Bakı şəhər icra Hakimiyyətini, 28 % -i isə rayon icra Hakimiyyəti orqanlarını bələdiyyələrin fəaliyyətinə maneə yaradan qurum kimi qeyd ediblər.
Ümumi rəy bildirənlərin 8% -i Dövlət Sosial Müdafiə Fondunu, 2 % -i Vergilər Nazilriyini, 3 % özəl strukturları “günahkar” hesab ediblər. Rəyi bildirənlərin 3 % suala dəqiq cavab verə bilməyib. Habelə 5 % bələdiyyənin fəaliyyətinə hec bir strukturun mane olmadığını bildirib.
Maraqlı məqam ondadır ki, rəy bildirənlərin 5%-i günahı elə bələdiyyənin özündə axtarmağı məsləhət bilib.
Belediyye.info