"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həllini gözləyən bəzi problemlərimiz var

--2015-09-08 / 14:58

Ölkəmizdə bələdiyyələr demokratik, sərbəst, fəaliyyət göstərən bir qurum kimi sosial, iqtisadi və ekoloji problemlərin həllində demək olar ki, dövlətin köməkçisinə çevrilib.

Hörmətli Prezident ilham əliyevin dediyi kimi, bələdiyyələr yerliözünüidarəetmə orqanı olaraq ictimaiyyətin həyatında fəal rol oynamalıdır. Dövlətin bələdiyyələrə verdiyi dəstək, səlahiyyət və qayğısı daha geniş fəaliyyət  üçün zəmin yaradır. Dövlət başçısının diqqətdə saxladığı sosial-iqtisadi inkişaf proqramına  əsasən kəndimizdə xeyli abadlıq işləri görülür və məqsədimiz yerli əhəmiyyətli məsələləri daha çevik şəkildə həll etməkdir.

Sədr olduğum Kürdəxanı qəsəbə bələdiyyəsinin 11 nəfər uzvu vardır.  Bələdiyyəmizdə fəaliyyət göstərən beş komissıya: –  Yerli büdcə məsələləri üzrə, Yerli sosil məsələlər üzrə,  Yerli ekologiyaməsələləri  üzrə,  Yerli iqtisadi inkişaf məsələləri üzrə, Hüquq məsələləri üzrə daimi  komissiyalar əsasən nəzərdə tutulan məsələləri və qarşıya çıxan problemləri həll etmək üçün  yaradılıb. Hər bir bələdiyyə üzvü göstərilən etimadı doğrultmaq üçün  əllərindən gələn köməyi əsirgəmir. Biz hər bir məsələni komissiya üzvləri ilə birlikdə həll etməyə çalışırıq.

      Altı ay ərzində bələdiyyəmizə  ayrı-ayrı vətəndaşlar tərəfindən 62 ərizə daxil olmuşdur. Daxil olan ərizələrin 28-i  Bələdiyyə tərəfindən verilmiş bağ, torpaq sahələrinin, koordinat nöqtələrinin yerində yoxlanıb dəqiqləşdirilməsi barədə, 3 müraciət bağ sənədinin mübahisəsi, 6 müraciət bağ arası olan yolların açılması, 17 vətəndaş isə verilən bağ sahələrinin xəritəyə uyğun olan sxemlərinin verilməsini xahiş edib. Daxil olan bütün ərizələr, qanuna uyğun olaraq öz həllini tapmış və təkrar şikayət daxil olmayıb.

         Qeyd etmək yerinə düşər ki, Kürdəxanıda kəndə su xətti cəkilərək, bəzi hissələrində kanalizasiya  və  su  xətləri  bərpa edilib. Mütəmadi olaraq qəsəbədə yerləşən 4 qəbirstanlıq  alaq otlarından, zibillərdən  təmizlənir və daim ərazidə abadlıq işləri aparılır.

         Maraqlı məqam bir də ondadır ki, bələdiyyə üzvlərimiz qan vermə aksiyasında da fəal iştirak edib.

Məlumdur ki, bələdiyyə büdcəsi - fiziki şəxslərin  torpaq vergisindən,    həyətyanı və bağ sahələrindən alınan  torpaq vergisindən, əmlak vergisindən, bələdiyyə torpağının icarəyə verilməsindən  icarə haqqı,  dövlət büdcəsindən verilən maliyyə yardımları və dıgər gəlirlərdən formalaşır. Bilirik ki, hər hansı bir qurumun işləməsi üçün vəsaitin olması vacibdir. Bizim bələdiyyənin büdcə məsələləri də yerli əhalidən asılıdır. əhali ilə qurduğumuz birgə işin nəticəsində,  buna müəyyən qədər  nail ola bilirik. Vətəndaşlardan torpaq və əmlak vergisinin vaxtında ödənilməsi təmin olunmuşdur.

Yuxarıda qeyd olunanlarla yanaşı hələ də görə bilmədiyimiz işlər, həllini gözləyən  bəzi problemlər qalmaqdadır.

Heyran Kərimova 

Kürdəxanı Bələdiyyəsinin sədri       

ŞƏRHLƏR