"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həllini gözləyən problemlərimiz də az deyildir

--2018-05-16 / 17:50

Milli Assosiasiyanın hesabat yığıncağı olduqca əlamətdar bir dövrə təsadüf edir. Aprel ayının 11-də keçirilən Prezident seçkiləri milli dövlətçiliyimizin möhkəmlənməsi yolunda yeni mərhələnin əsasını qoydu. Ümummilli lidеrimiz Hеydər əliyеvin siyаsi kursunun layiqli davamçısı Prеzidеntimiz ilhаm əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi və iqtisadi sаbitlik, eləcə də dеmоkrаtik şərаit bizim daha yaxşı və səmərəli işləməyimizə stimul verir.

Yerli özünüidarəetmə orqanlarının inkişafına dövlət dəstəyinin göstərilməsi Bələdiyyələrin də fəaliyyətinə müsbət təsir göstərmiş, yerli əhəmiyyətli sosial layihələrin icrasını sürətləndirmişdir. Sədri olduğum şirvan şəhərinin Hacıqəhrəmanlı bələdiyyəsinin hesabat ilindəki fəaliyyəti və qarşımızda duran vəzivələr barədə Sizə məlumat vermək istəyirəm. 1975-ci ildə qəsəbə statusu alan və 2376 nəfər daimi sakini olan Hacıqəhrəmanlı qəsəbəsinin inzibati ərazisi 895 ha sahəni əhatə edir ki, onun da 651 ha dövlət mülkiyyətində, 244 ha isə bələdiyyə mülkiyyətində olan torpaq sahələri təşkil edir.

Burada haqlı olaraq vurgulandı ki, sakinləri narahat edən yerli sosial və digər problemlərin həlli və onlara keyfiyyətli ictimai xidmətlərin göstərilməsi maliyyə imkanlarımızdan birbaşa asılıdır. Ona görə də biz hesabat ilində yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsinə xüsusi önəm vermişik. Bu mənada illin əvvəlindən başlayaraq vergi ödəyiciləri və vergitutma obyektləri barədə məlumatları Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin bazasına daxil etmiş, onların uçota alınmasını təmin etmişik. Qəsəbə ərzazisində 470 mənzil, və 550 fərdi təsərrüfat barədə məlumatlar proqramın bazasına daxil edilmiş, müvafiq vergi və ödənişlər üzrə hesabatlar aparılmış və tədiyyə bildirişləri ünvanlara çatdırılmışdır. Paralel olaraq sakinlərlə mütəmadi görüşlər keçirilmiş, mövcud problemlərin həlli üçün vergilərin ödənilməsinin vacibliyi barədə onlarla maarifləndirmə işləri aparılmış və daxil olan vəsaitlərin onları daha çox narahat edən məsələlərin həllinə yönəldəcəyi bildirilmişdir. Sakinlərlə mütəmadi apardığımız məqsədyönlü tədbirlərin nəticəsi olaraq hesabat ilində büdcə daxilolmalarında kifayət qədər artıma nail olmuşuq. Belə ki, 2017-ci ildə büdcə gəlirlərimiz 2016-cı illə müqayisədə 81,3 faiz artaraq 29705 manat təşkil etmişdir. illik büdcənin 7691 manatı və ya 26 faizi yerli vergilərdən, 20064 manatı və ya 67,5 faizi isə yerli ödənişlərdən daxil olmuşdur. Hesab edirəm ki, illik büdcə gəlirlərimizin artmasında yerli vergi və ödənişlərin dəqiq uçotunun aparılması işinin təkmilləşdirilməsi və bu zaman BANS proqramının imkanlarından səmərəli istifadə etməyimiz əsas rol oynamışdır. Fürsətdən istifadə edib proqramın tətbiqi ilə bağlı mütəmadi metodiki və texniki dəstəyə görə Assosiasiyanın rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm.

Hesabat ilində fəaliyyətimizi sakinlərimizin müraciəti və təklifləri əsasında qurmağa çalışmışıq. Yuxarıda qeyd etdiyim kimi büdcə gəlirlərimiz əvvəlki illərə nisbətən kifayət qədər artdığına görə sakinləri narahat edən problemlərin həlli ilə bağlı gördüyümüz işlərin həcmi də xeyli artmışdır. Qəsəbəyə 215 mm diametrli 90 metr uzunluğunda yeni su xətti çəkilmiş, qəsəbədaxili yollara qum və çınqıl tökülərək cari təmir edilmiş, qəsəbə qəbiristanlığı abadlaşdırılmış və ətrafı hasarlanmışdır. Gündəlik olaraq qəsəbə ərazisindən məişət tullantıların yığılması və daşınması təşkil edilmiş, istixanalara qaz və işıq sayğacları alınaraq quraşdırılmışdır. Bəzi sosial problemlərin həllində ictimai birliklərin köməyindən də yararlanmışıq. “Yerli idarəetməyə yardım” ictimai Birliyi ilə birgə “Sosial xidmətlərin yaxşılaşdırılmasına dəstək” layihəsi çərçivəsində sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq qəsəbə üçün “xeyir-şər” mağarı və mağarın müvafiq ünvanlara daşınması üçün avtomobil alınmışdır. Tələb olunan maliyyə vəsaitinin 50 faizi və ya 5425 manatı bələdiyyə büdcəsi hesabına ödənilmişdir. Qəsəbənin şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məcburi köçkün ailələri də daim diqqətimizdə olmuş, bayram günlərində onlara bayram sovqatları paylanmış və maddi yardımlar göstərilmişdir.

Gördüyümüz işlərlə bərabər cari ildə qarşıda duran vəzifələrimiz və həllini gözləyən problemlərimiz də az deyildir. Çalışırıq ki, bu ildə büdcə gəlirlərimizi daha da artıraq və sakinlərimizin rahatlığını və məmnunluğunu təmin edən daha çox sosial layihələr yerinə yetirək. Qəsəbəmizdə uşaq baxçasının tikintisi və şirvan şəhərinə sakinlərimizin rahat gediş-gəlişi üçün bələdiyyə marşrutunun təşkil etməsi planlaşdırdığımız əsas layihələr sırasındandır. Bu il işimizi daha səmərəli qurmağa və hər iki layihənin reallaşdırılmasına səy göstərəcəyik.

Samirə Abışova

şirvan şəhəri Hacıqəhrəmanlı bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR