"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar ittifaqı müsabiqəyə yekun vurdu

--2017-04-26 / 18:11

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının icraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə Belediyye.infoya məlumatı Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov bildirib.

Onun sözlərinə görə, iclasda Respublika Komitəsinin “ilin peşəkar gənci” fəxri adı uğrunda keçirdiyi müsabiqəyə yekun vurulub.

icraiyyə komitəsinin iclasında yekdilliklə Nəsimi bələdiyyəsinin sədr müavini Mövsümzadə Həsən Mövsüm oğlunun və M. ə. Rəsulzadə bələdiyyəsinin hüquq məsələləri daimi komissiyasının üzvü ibrahimova Alya Hacıbala qızının ”ilin peşəkar gənci” fəxri adına layiq görülməsi üçün Azərbaycan Həmkarlar ittifaqlar Konfederasiyasına təqdimat verilməsi qərara alınıb.

Qeyd edək ki,  “ilin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan gənclərə verilir. 

Belediyye.info

ŞƏRHLƏR