"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həmkarlar Komitəsi bələdiyyələrlə bağlı təklifləri Milli Məclisə göndərib

--2019-02-13 / 18:26

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı Respublika Komitəsi Milli Məclisin sədri Oktay əsədova ölkə bələdiyyələrində yaranmış vəziyyət o cümlədən bələdiyyə qanunvericiliyində ki boşluqların aradan qaldırılmasıyla bağlı müraciət ünvanlaıyb.

Bu barədə Belediyye.infoya məlumatı Komitənin hüquq müfəttişi Məhəmməd Kərimov məlumat verib. Müraciətdə deyilir:

“Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının “Nizamnamə”sinə uyğun olaraq 2018-ci ilin ilin yekunu ilə bağlı hesabat iclası keçirilmişdir. iclasda görülən işlərlə yanaşı, “Yerli özünüidarəetmə orqanlarında mövcud maliyyə problemləri və bu problemlərin həllində həmkarlar ittifaqının rolu” geniş müzakirə mövzusu olmuşdur.

Ötən dövr ərzində ölkəmizdə yerli özünüidarənin formalaşması, fəaliyyət göstərməsi və inkişafı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bələdiyyələrin fəaliyyəti üçün zəruri olan 20-dən artıq Qanun qəbul edilmiş və 200-dən artıq normativ-hüquqi sənəd təsdiq edilmişdir. Ancaq bu gün ölkəmizdə formalaşan 1607 bələdiyyənin 1208-nin 01 yanvar 2018-cü ilə Dövlət Sosial Müdafiə Fonduna   olan borcunun həcmi 13 milyon manata yaxın təşkil etməsi təəsüf hissi doğurur. Bu borcun 9 milyon manata yaxın hissəsi əsas borc, 4 milyona yaxın hissəsi isə borca görə hesablanan peniya olmuşdur.        

Azərbaycan Prezidenti Cənab iham əliyevin 2018-ci ilin mart ayında imzaladığı sərəncamla borcun peniya olan hissəsinin böyük qismi silinmiş oldu. Tək Binəqədi rayonu Biləcəri bələdiyyəsində 100 min manata yaxın peniya silindi.

Cənab Prezidentin imzaladığı bu sərəncam 1208 bələdiyyənin hər birinə müsbət mənada təsir etmiş oldu. Hazırda Bərdə bələdiyyələrinin 825 min manat, Yevlax bələdiyyələrinin 166 min manat, Ağsu bələdiyyələrinin 145 min manat, Quba bələdiyyələrinin 115 min manat, Tərtər bələdiyyələrinin 331mim, Cəlilabad bələdiyyələrinin 100 min manat, Saatlı bələdiyyələrinin 115 min manat, şamaxı     bələdiyyələrinin 45 min manat, Lənkəran   bələdiyyələrinin 70 min manat, Tovuz bələdiyyələrinin 133 min manat, Göyçay bələdiyyəsinin 38 min manat, Sabunçu bələdiyyəsinin 11 min, Xocasən bələdiyyəsinin 42 min, Binəqədi kənd bələdiyyəsinin 25 min,   Biləcəri bələdiyyəsinin 674 min manat, əmircan bələdiyyəsinin 28 min manat Dövlət Dosial Müdafiə Fonduna borcu vardır.

Apardığımız təhlil və araşdırmalardan məlum olur ki, bu gün rayonlarda formalaşdırılan bələdiyyələrin 75 %-nin bank hesabına sərəncam qoyulub.

Bir tərəfdən məsuliyətsizlik, qeyri-səmərəli idarəçilik, digər tərəfdən bələdiyə sədrlərinin təcrübəsizliyi nəticəsində bu qədər borc yaranıb. 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi zamanı mövcud borcla bağlı mexanizm olmadığına görə fəaliyyətsiz bələdiyyələrin borcu fəaliyyəti olan bələdiyyələrə keçdi.

Bu gün Respublika bələdiyyələrində yaranmış ciddi maliyyə vəziyyəti bələdiyyələri tamamilə zəiflədərək çətin duruma salıb Belə hal bələdiyyə qulluqcularının sosial vəziyyətinə təsirsiz ötüşmür. Qeyd etmək yerinə düşərdi ki, bu gün bələdiyyə qulluqçularının aylıq əmək haqqı ölkə üzrə olan orta əmək haqqından üç dəfə aşağıdır.

Belə davam edərsə hazırda müəyyən mənada ayaq üstə durmağı bacaran, fəaliyyətini davam etdirməkdə israrlı olan bələdiyyələr qısa müddət sonra daha ciddi problemlərlə üzləşməli olacaqlar. Bələdiyyələrin maliyyə vəziyyətini nəzərə alaraq yerli özünüidarəetmə orqanlarının sosial tərəfdaşı olaraq bələdiyyənin normal fəaliyyət göstərməsində maraqlı tərəf kimi Dövlət Sosial Müdafiə Fonduna yaranan borclarla bağlı apardığımız təhlilər nəticəsində hazırladığımız təklifləri Sizin də diqqətinizə çatdırmaq istərdik. Qeyd edək ki, təklifimiz borcun silinməsindən yox, onun mərhələli olaraq hissə-hissə qaytarılmasından ibarətdir.

  • Bələdiyyələrin bank hesabına qoyulan sərəncam müddətli şəkildə götürülsün və köhnə borca görə bundan sonra peniya hesablanmasın, borc müəyyən müddətə dondurulmuş qalsın. Bələdiyyə büdcəsinə daxil olan vəsaitin səmərəli istifadəsi üçün ictimai nəzarəti gücləndirilməklə, fəaliyyətlərində şəffaflıq artırılsın. Sözsüz ki, Dövlət Sosial Müdafiə Fonduna mövcud borcun ödənilməsi üçün vəsait lazımdır. Bu vəsait isə qanunvericiliyə uyğun olaraq bələdiyyəyə vergi ödəyiciləri tərəfindən ödənilən yerli vergilərdən formalaşıır. Hazırda müvafiq bələdiyyə ərazilərində fiziki şəxslərin istifadəsində olan çox sayda sənədsiz əmlak vardır, lakin əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Bələdiyyə büdcəsində gəlirlərin əsas hissəsinin fiziki şəxslər tərəfindən ödənilən əmlak və torpaq vergisi təşkil etdiyinə görə bu problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Qeyd etməliyik ki, bu problemin mövcudluğu hazırda bələdiyyə ərazisində xeyli vəsaitin itirilməsinə şərait yaradır. Mövcud qanunvericilik, iqtisadi vəziyyət, bələdiyyələrə dövlət qayğısı problemlərin bələdiyyələr tərəfindən müstəqil həll edilməsi üçün geniş şərait yaratmağına baxmayaraq bələdiyyə büdcəsinin formalaşmasında əsas amillərdən olan əmlak və torpaq vergisinin toplanmasında yaranan problemlər həll edilməmiş qalır.
  • Bələdiyyələrə qanunvericilik cərçivəsində əlavə büdcə vəsaitləri cəlb etmək üçün imkan yaradılmalıdır.Bələdiyyə torpaqlarının əsassız şəkildə dövriyyədən çıxarılması, başqa sözlə zəbt olunmasının qarşısını almaq üçün müvafiq bələdiyyə ərazilərində fiziki şəxslərin istifadəsində olan çoxlu sayda sənədsiz əmlak və torpaqlara görə qanunvericilik çərçivəsində ödəniş formasında xüsusi rüsumlar tətbiq edilməlidir.
  • Vergi ödəyicilərinin məhsuliyyətini artırmaq məqsədi ilə   yaxşı olardı ki, “Vergi Məcəlləsi”-nin 89-90-cı maddələri yerli vergiləri ödəməyən, vergidən yayınan vergi ödəyicilərinə də tətbiq edilsin.
  • Bələdiyyə büdcəsinə əlavə vəsaitlərin daxil edilməsi üçün 26 dekabr 2017-ci ildə “Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 598 saylı qərarı vardır. Həmin Qərarın 4.1-ci bəndində təsbit olunub: “reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin;” Reklam daşıyıcısına, yəni müvafiq bələdiyyəyə həmin vəsaitin ödənilməsi üçün bələdiyyə həmin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməlidir. Bildiyiniz kimi, belə bir sənəd bələdiyyələrin əksəriyyətində yoxdur. Təklif edərdik ki, bələdiyyələrin mülkiyyət hüququnu təsdiq edən sənədlərlə bağlı müəyyən qərar qəbul edilsin. Reklamla bağlı nəzərinizə çatdırmaq isrəyirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 598 saylı qərarının qəbulundan bir ilə yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər bir bələdiyyə belə Reklam Agentliyi ilə müqavilə bağlamamışdır.

əgər dəyişikliklər baş tutarsa, bu dəyişikliklər bələdiyyələr tərəfindən vergilərin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qalxmasına əlverişli şərait yaradacaq ki, bu da fiziki şəxslərin əmlak və torpaq vergisindən yayınma ehtimalını azaltmaqla bələdiyyələrin vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağı və Dövlət Dosial Müdafiə Fonduna mövcud borcların qaytarılması ilə nəticələnəcək.

2019-cü ilin dekabr ayında Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilməsinin 20 ili tamam olur.

Gələcəkdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün təkliflərimizə münasibət bildirməyinizi xahiş edirik.”

Qeyd edək ki, Milli Məclis komitənin müraciətinə dərhal reaksiya verərək təkilifləri təqdirəlayiq hesab edərək, komitə tərəfindən qaldırılan məsələlərin həlli məqsədiylə baxılması üçün Milli Məclsin Regional Məsələlər Komitəsinin yanında yaradılmış işçi qrupuna göndərilib.

Belediyye.info

 

 

ŞƏRHLƏR