Ulu Öndər Heydər əliyev bələdiyyələrin yaranmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirib. Çıxışların birində Ulu Öndər qeyd etmişdir: “Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərinə götürəcək, dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi və gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün cox vacibdir.”
Biz bu gün çox böyük fəxr hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər əliyevin müəyyən etdiyi siyasi kursu Azərbaycan Respublikasının prezidenti cənab ilham əliyev uğurla davam etdirir.
Son illərdə möhtərəm Prezidentimizin bələdiyyələrlə bağlı imzaladığı sərəncamlar bələdiyyələrin inkişafına müsbət təsirini göstərməkdədir.
Ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasının 18-ci ili tamam olur. Ötən müddət ərzində bələdiyyələrin fəaliyyəti üçün qanunvericlik bazası təsdiq edilmiş və daim inkişaf etməsi üçün dövlət qayğısı gücləndirilmişdir.
Biz Bakıxanov Bələdiyyəsi olaraq bu qayğını daim hiss edirik. Üzərimizə düşən vəzifələri lazımınca yerinə yetirmək üçün işimizi daim təkmilləşdirir və müasir dövrün tələblərinə cavab verməsi üçün addımlar atırıq.
“Biz hər birimiz xalqımızın xidmətindəyik” deyən möhtərəm Prezidentimiz ilham əliyevin bu fikrini rəhbər tutaraq Bələdiyyəmiz də daim ölkəmizdə gedən davamlı inkişafa layiq olmağa çalışır. Bu sırada görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə Bakıxanov bələdiyyəsi 2017-cı ildə Yerli büdcənin formalaşmasına xüsusi diqqət ayırmışdır.
Bakıxanov bələdiyyəsi 2017-ci ildə vergilərin ödənişi ilə əlaqədar əhali arasında aparılan maarifləndirmə işlərini bir qədər də gücləndirmişdir. Qəsəbə daxilində vergi ödəyicilərinin dəqiq uçotu aparılmış, əldə edilmiş məlumatlar “Bələdiyyələrin aftomatlaşdırılmış məlumat sistemi” nə daxil edilmişdir.
Bununla yanaşı, vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür. Qeyd etməliyəm ki, görülən işlər öz müsbət nəticəsini verməkdədir.
Belə ki, 2017-cı ildə Bakıxanov Bələdiyyəsinin yerli büdcəsi 400 min manat nəzərdə tutulduğu halda, 534 min manat təşkil etmişdir.
Bu, ötən 2016-cı illə müqayisədə 33,5% çoxdur. Eyni zamanda hesab edirəm ki, işlərimizi bu ardıcıllıqla davam etməklə gələn il daha yaxşı nəticə əldə ediləcəkdir. Artıq 2018-ci il üçün yerli büdcənin 540 min manat təsdiqlənəcəyini nəzərdə tutmuşuq.
Təsərrüfat fəaliyyəti və qanunvericiliklə nəzərdə tutulmuş digər fəaliyyətlə məşğul olmaq və bununla da həm yerli büdcəyə daha çox vəsait cəlb etmək, həm də qəsəbə daxilində görülən abadlıq və yenidənqurma işlərinə dəstək olmaq məqsədi ilə Bakı şəhərinin hüdudları daxilində bir ilk olaraq cari ilin avqust ayında bələdiyyənin nəzdində iki müxtəlifprofilli Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilmışdir. Bunlar “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Taksi Xidməti” MMC və “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” MMC-dir.
əlavə olaraq bu ilin oktyabr ayında iqtisadiyyat Nazirliyinə müraciətimiz əsasında “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə icazə hüququ verən Xüsusi Lisenziya da alınmışdır. Bələdiyyəmizin təsis etdiyi Müəssisənin fəaliyyət göstərdiyi 3 ay ərzində 7 nəfər daimi iş yeri ilə, daha 45 nəfər isə xidməti müqavilə əsasında müvəqqəti işlə təmin olunmuşlar.
Məlumat üçün bildirirəm ki, təsis etdiyimiz MMC-lər barədə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, həmçinin Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyası və Bakı şəhərinin rayon və qəsəbə Bələdiyyələrini məlumatlandırmaqla gələcəkdə digər rayon və qəsəbələrdə görüləcək abadlıq və yenidənqurma işləri ilə əlaqədar təsis etdiyimiz müəssisələrə sifarişlərin verilməsi ilə bağlı adı çəkilən qurumlara müraciətlər etmişik.
Nəticə etibarı ilə artıq belə müraciətlər daxil olmaqdadır. Belə ki, ötən dövr ərzində qəbul edilmiş sifarişlər əsasında təsis etdiyimiz MMC tərəfindən Balaxanı və Pirşağı qəsəbələrində, həmçinin Bakıxanov qəsəbəsində məhəllədaxili yollara asfalt-beton örtüyü salınmış, bir sıra fərdi yaşayış evlərinin layihə dizayn sənədləri hazırlanmış, Nəsimi rayonunun Cavadxan küçəsində salınacaq istirahət parkının layihələndirilmə işləri görülmüşdür.
Hazırda Maştağa qəsəbəsində asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır. Məlumat üçün bildirim ki, MMC-nin 3 ay ərzində gördüyü bu işlərdən 11.700 manat gəlir əldə olunmuşdur. Digər müəssisəmiz olan “Bakıxanov Bələdiyyəsi Taksi Xidməti” MMC-nin fəaliyyətə başlaması üçün bəzi çətinliklərin olmasına baxmayaraq bu istiqamətdə də təşkilati-hazırlıq işlərimiz görülməkdədir. Növbəti ildə bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik.
Belə ki, gələcəkdə hər iki müəssisəmizin 24 saat ərzində Bakıxanov qəsəbə sakinlərinə xidmət etməsini planlaşdırırıq.
Son olaraq qeyd edtmək istərdim ki, bu konfransda qaldırılan məsələlər biz bələdiyyələrin daha səmərəli fəaliyyətinə müsbət təsir edəcəyinə inanıram.
Ramiz Nəsibov
Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri