Hər yaz səni xatırladır. Demək yazı gözəl edən də sənimişsən. Yenidən uşaq olmaq, uşaqlaşmaq istəyərdim. Məni incidənlərdən sənə "xəbərçilik" edərdim. Ya da, nə bilim uğurlarımı danışardım, səndə sevinərdin.
Dilinə gətirmədən sevinərdin uğurlarıma. Gözlərin sevinərdi. Bu da məni qürurlandırardı. Hə bir də özümü səninlə güclü sayardım. Çunki güclü olmağı sən mənə öyrətmisdin. Güclü olmağı, qürurlu olmağı və birdə məqamında susmağı.
Getdin. Elə yol getdinki dönüşü olmadı. Hə mən də o gündən sən öyrətdiyin qürurla susmağı seçdim. Gözümdən axan yaş ürəyimə damladı, sel oldu, amma mən susdum. Axı mən güclüyəm. Yolun düşşə bu dünyaya bir də gəl deməyəcəm. Bu dünya yenidən gəlmək üçün çox dəyərsizdi. Amma bir gün mən gələcəyəm. Mütləq gələcəyəm. Bax onda dilimlə yanaşı, qəlbim də susacaq, çunki rahat olacağam sənin yanında...
Səbinə Abdullayeva
Xətai bələdiyyəsinin üzvü