“Döyüş əhval-ruhiyyəsini itirməməliyik” - aprel döyüşçüləri
Qaziler.az bildirir ki, tarixə dördgünlük döyüşlər kimi daxil olan aprel savaşının bir ili tamam olması münasibəti ilə “Yeni Yurd” Sosial inkişaf ictimai Birliyinin təşkilatçılığı ilə ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində (TTM) tədbir keçirilib.
Aprel döyüşçülərinin, TTM-in müdavimlərinin və General Naxçıvanski adına ibtidai Hərbi Liseyin tələbələrinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi və aprel şəhidlərinin xatirəsinin anılması ilə başlanıb.
Natiqlərin sözlərinə görə, dördgünlük müharibə Azərbaycanın dövlətçilik və hərb tarixi baxımdan mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Ordusu düşmənin qüvvətli təxribat diversiya hərəkətlərinin qarşısını alaraq, əks həmlə ilə işğalçılara ağır zərbə vurub.
şamil Sabiroğlu bildirib ki, Ermənistan cəmiyyətində həm siyasi, həm hərbi, həm də iqtisadi və sosial vəziyyət baxımından böyük gərginlik yaşanır: “Artıq erməni anaları öz övladlarını döyüşə göndərmək, onların Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmələrini istəmirlər. Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir, bunu itirməməliyik. Qalibiyyət yaxındadır”.
Tədbirdə “Yeni Yurd” Sosial inkişaf ictimai Birliyinin təşkilatçılığı ilə çəkilmiş “Mən Azərbaycanam” və “Mənim qəhrəmanım” qısametrajlı filmlər nümayiş olunub.
Aprel döyüşçüləri, baş-leytenant Kamil Müsəvi, eləcə də, Namiq və Sarvan Mehrəliyev qardaşları iştirak edib, onlar şəhid xəbərələrindən üzülməməyi və döyüş əhval-ruhiyyəsini itirməməyi arzulayıb.
“Yeni Yurd” Sosial inkişaf ictimai Birliyinin sədri Mahirə əsədova bildirdi ki, aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi: “Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib. Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. işğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər”.
M.əsədova aprel döyüşləri zamanı şəhid olmuş və sağlamlığını itirmiş şəxslərin qəhramnalığının təbliğ olunmasının arzuolunan olduğunu bildiriblər.
Tədbirin sonunda General Naxçıvanski adına ibtidai Hərbi Liseyin II kurs tələbələri Mirağalar Bayramov və Bəybala Bəşirov çıxış ediblər.
Xatırladaq ki, 2017-c ilin aprelin 2-də Dağlıq Qarabağda Azərbaycanla Ermənistan təmas xəttində başlayan aprel döyüşlərinin 1 ili tamam olub. Sözügedən döyüşlərdə Azərbaycan Ermənistan işğalında olan bir neçə strateji yüksəklikləri ələ keçirib, düşmənə ağır zərbə vurub.