“Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir bələdiyyəsi 2016-cı ilin 6 ayında gördüyü işlər haqqında hesabatını ictimaiyyətə təqdim edir.
2016-cı ilin 6 ayında bələdiyyə 8 iclas keçirib. iclasların gündəliyinə 45 məsələ təklif olunub və müvafiq qərarlar qəbul edilib. Gündəliyə daxil edilmiş məsələlərdən 15-i icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 9-u maddi yardımlarla, 12-si təşkilatı və digər məsələlərlə bağlı olub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib.
Ötən ilin 1-ci yarımilində bələdiyyəyə vətəndaşlardan 794 ərizə və məktub daxil olub. Müraciətlərdən 145-i maddi yardımla, 81-i sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 103-ü fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 5-i tikinti və təmiri işləri ilə, 460-ı sorğu, arayış, məlumat və s. məsələlərlə əlaqədardır.
Müraciət edən şəxslərdən 22-si şəhid ailəsi, 10-u Qarabağ müharibəsi əlili, 8-si digər dərəcəli əlil, 6-sı ehtiyatda olan zabit, 4-ü köçkün, 3-ü Qarabağ müharibəsi, 1-i ikinci Dünya müharibəsi veteranıdır.
Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 387 sənəd və məktub daxil olub ki, bunlardan 3-ü Milli Məclisdən, 18-i Nazirliklərdən, 22-si şəhər icra Hakimiyyətindən, 344-ü idarə və təşkilatlardan göndərilib. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar yazılıb. ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzindən daxil olmuş tövsiyə xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün müvafiq komissiya və şöbələrə verilib.
Vətəndaşların müraciətlərindən maddi yardımla bağlı 32, sahibkarlıq fəaliyyəti üçün mövsümi torpaq sahəsi ayrılması ilə bağlı 63, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 65 ərizə müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış yazılı cavablar göndərilib.
Altı ay ərzində 1116 nəfər şəxs bələdiyyə sədri tərəfindən fərdi şəkildə qəbul edilib. Bundan başqa, «Tərəvəzçilik» sovxozunda, 20 Yanvar küçəsindəki 33 saylı, Naxçıvan küçəsindəki 40 saylı, N.Nərimanov prospektindəki 44 saylı, Y.Mansurov küçəsindəki 7 saylı binaların qarşısında sakinlərlə bələdiyyə sədri və üzvlərinin səyyari görüşləri keçirilib. Qəbulda və səyyari görüşlərdə irəli sürülən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapıb.
Bu müddətdə bələdiyyədə 806 nəfər hərbçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.
2016-cı ilin 6 ayı ərzində bələdiyyənin gəlirləri 295.146,25 manat olub. Büdcə gəlirləri bu mənbələrdən formalaşıb: icarəyə verilmiş torpaqlardan icarə haqqından 56603,94 manat, bələdiyyə əmlakının satışından 36451,00 manat, fiziki şəxslərdən əmlak vergisindən 7983,01 manat, fiziki şəxslərdən torpaq vergisindən 3210,80 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 4600,00 manat, səyyari ticarət, ictimai-iaşə və digər xidmətlərə görə ödənişdən 3535,40 manat, bələdiyyə mülkiyyətində olan sahələrdə küçə reklamlarının yerləşdirilməsindən 2204,00 manat, avtomobil dayanacaqları üçün ödənişdən 1490,00 manat, mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdən 965,10 manat və bələdiyyənin digər fəaliyyətindən daxilolmalardan 8103,00 manat vəsait toplanıb. Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə 170.000 manat dotasiya ayrılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmlak vergisi 2,1 dəfə, torpaq vergisi 58%, torpaq satışından daxilolma 38 dəfə, mövsümü sahibkarlıqdan ödəniş 1,8 dəfə, küçə reklamlarından ödəniş 8 dəfə, avtomobil dayanacaqlarından ödəniş 30 %, mehmanxana rüsumları 2% artıb.
Mədn vergisi 2,7 dəfə, torpaq icarəsi 10%, bələdiyyə fəaliyyətindən daxil olan gəlir 13% azalıb. Azalma müşahidə olunan sahələrdə ilin sonunadək dönüş yaratmaq əsas vəzifələrimizdən olmalıdır.
2016-cı ilin I yarımilində bələdiyyənin xərcləri 261.784,58 manat olub. Xərclər aşağıdakı istiqamətlər üzrə sərf olunub: əmək haqqı və onunla bağlı sair ödəmələrə 51499,22 manat, DSMF-na 15400,00 manat, abadlaşdırma-tikinti işlərinə 142.572,00 manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 8670,00 manat, maddi yardımlara 5309.74 manat, yolların cari təmirinə 5020,00 manat, mədəni-kütləvi tədbirlərə 1553,00 manat, mətbuata abunə yazılışına 2474.40 manat, dəftərxana ləvazimatları və sair təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 903,50 manat, nəqliyyat xidmətlərinə 2000,00 manat, kommunal xidmətlərinə (elektrik enerjisi, qaz, su və kanalizasiya, rabitə xidmətlərinə) 1292,20 manat, dəfn və mərasim xidmətlərinin təşkilinə 96,50 manat, bank xidmətlərinə 560,28 manat və sair xərclərə (AşBMA-ya üzvlük haqqı, arxiv idarəsinin xidməti, audit yoxlaması, kompüterlərə xidmət, torpağın mülkiyyət sənədləri, internet, gəlir vergisi, Silahlı Qüvvələrə Yardım Fondu, büdcədən geri qaytarma və s. xərclər) 23271,88 manat xərclənib.
Hesabat dövründə əməyin ödəniş fondu ümumi xərclərin 24%-ni təşkil edib.
Bu ilin 6 ayı ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmirinə, abadlıq-tikinti işlərinə ümumulikdə 147.688,50 manat vəsait xərclənib. Belə ki, «Sahil» parkının genişləndirilməsi və abadlaşdırılmasına 142.000,00 manat, S.Vurğun adına parkda cari abadlıq işlərinə 526,00 manat, Rabitə qovşağının qarşısındakı fəvvarənin cari təmirinə 46,00 manat, inzibati binada elektrik və internet xətlərinin çəkilişinə 96,50 manat sərf olunub.
Sakinlərin müraciətləri əsasında yolların təmiri də görülən işlər sırasındadır. Az.iES-də yeni salınacaq yaşayış massivnin yolunun çəkilişinə 4600,00 manat xərclənib. «Vaqonlar» yaşayış massivinin yaşayışçılarına yolun cari təmiri üçün 420,00 manat material yardımı edilib.
Məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olub. Mütəmadi olaraq məhəllə komitələrinin fəalları ilə görüşlər keçirilib, məhəllələrdə, bələdiyyədə onların iştirakı ilə maarifləndirici tədbirlər, seminarlar təşkil olunub. Beş məhəllədə bələdiyyə sədri və üzvlərinin səyyarı görüşləri keçirilib.
Məhəllə komitələrinin yerli əhəmiyyətli məsələlərlə bağlı irəli sürdükləri təkliflər diqqət mərkəzində olub. Hesabat dövründə onların müraciətləri əsasında altı ünvanda xeyir-şər mağarlarının təmirinə bələdiyyə tərəfindən 8670,00 manat vəsait xərclənib. Həmin vəsait təmir üçün lazım olan tikinti materiallarının alınmasına sərf olunub. Belə ki, 3250 ədəd mişar daşı, 291 ədəd şifer, 200 m. kabel, 50 kub.m, 262 m. boru, 1850 ədəd kərpic, 48 m. künclük, 42 m. armatur, 44 kq. mismar, 5,5 ton sement, 24 ədəd dəmir lövhə, 906 m. taxta və s. tikinti materialları alınaraq məhəllə komitələrinin istifadəsinə verilib.
Materialların istifadəsi sakinlərin vəsaiti hesabına aparılıb. Məhəllə komitələri həmin ünvanlarda (A.Məmmədov küçəsi, ev 15, ş.i.Xətai küçəsi, ev 6a, H.əliyev prospekti, ev 76/1, M.F.Axundzadə küçəsi, ev 13, N.Nərimanov propekti, ev 40, A.Məmmədov küçəsi, ev 7a) yaşayan sakinlərdən əmlak vergisinin toplanmasında fəallıq göstərərək, 2890 manat vəsaiti bələdiyyə büdcəsinə köçürməyə nail olublar.
Bələdiyyənin önəm verdiyi ən vacib istiqamətlərdən biri imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq bağlamaları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilir.
6 ay ərzində maddi yardımla bağlı müraciət edən 22 nəfər imkansız ailəyə ümumilikdə 840 manat pul yardımı edilib.
«Günəşli» massivində yaşayan, evi yanmış Süleymanova şəhriyə 470 manat dəyərində, Qarabağ müharibəsi əlili Yusifov Bəhlula mənzilinin təmiri üçün 110 manat dəyərində tikinti materialları ilə yardım göstərilib.
Novruz bayramında 300 nəfər imkansız və kimsəsizə 3500 manat dəyərində ərzaq bağlamaları paylanılıb.
Hesabat dövründə 8 nəfər kimsəsiz şəxs bələdiyyə hesabına dəfn olunub. 5 ailəyə yas mərasimlərinin keçirilməsinə kömək məqsədi ilə 360 manat yardım edilib.
Bələdiyyə həmişə olduğu kimi, hesabat dövründə də QHT və KiV-lərlə qarşılıqlı münasibətlər qurur, onların müraciətlərinə həssaslıqla yanaşır. Qarabağ Qaziləri ictimai Birliyinin yeni ofisinin təmiri üçün müraciətinə cavab olaraq, bələdiyyə tərəfindən 260 manat dəyərində tikinti materialları alınaraq ictimai Birliyə verilib. Yazıçılar Birliyinin Mingəçevir filialının “Uzaqdan gələn səs” almanaxının nəşrinə kömək üçün 110 manat, əfqanıstan Veterenları ittifaqı şəhər şöbəsinə şəhidlərin xatirəsinə həsr olunmuş nərd yarışının keçirilməsinə 50 manat, şəhid Ailələrinə Yardım Cəmiyyətinin ofisinin telefon və enerji xərci üçün 20 manat ayrılıb.
2016-cı ilin 6 ayında bələdiyyə bir sıra tədbirlər həyata keçirib. 20 Yanvar - Ümumxalq Hüzn günü, Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 26 iyun - Silahlı Qüvvələr günü müxtəlif səpkili tədbirlər reallaşdırılıb.
Faşizm üzərində Qələbə günü münasibəti ilə ikinci Dünya müharibəsinin iştirakçılarına bayram sovqatı paylanıb.
Ulu öndər Heydər əliyevin doğum gününə həsr edilmiş avarçəkmə üzrə Bələdiyyə Kuboku uğrunda yarışlar keçirilib. Yarışlarda 200-dən çox gənc və yeniyetmə iştirak edib.
Qarabağ müharibəsi veteranları və əfqanıstan müharibəsi veteranları ilə bələdiyyədə təşkil olunmuş görüşlər də maraqlı keçib.
Mingəçevir Dövlət Dram Teatrının hazırladığı «Gəl, qohum olaq» tamaşasına kütləvi baxış təşkil olunub.
Bu tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 1553 manat vəsait xərclənib.
Çoxmənzilli binaların idarə olunması ilə bağlı iqtisadiyyat Nazirliyinin məsul şəxsləri bələdiyyə üzvləri, məhəllə komitələrinin fəalları və mənzil-kommunal idarələrinin işçiləri ilə təlimlər keçiriblər. Bu sahədə işləri əlaqələndirmək üçün bələdiyyənin nəzdində Maarifləndirmə Mərkəzi yaradılıb.
Vergilər Nazirliyinin mütəxəssisləri bələdiyyənin vergi müfəttişləri ilə vergilərin yığılması, rast gəlinən problemlər və problemləri aradan qaldırmaq yolları ilə bağlı təlim-seminar keçiriblər.
Bələdiyyə nəzdində “Dəfn mərasimi xidmətləri”, “Peşəyönümlü Maraq Kursları” və “Məişət xidməti” sahələri fəaliyyət göstərir.
6 ay ərzində “Dəfn mərasimi xidmətləri” sahəsi tərəfindən 205 dəfn təşkil edilib. 30 imkansız ailə dəfn üçün xidmət haqqından azad olunub, 8 nəfər kimsəsizin dəfni bələdiyyə hesabına həyəta keçirilib.
“Peşəyönümlü Maraq Kursları”nda kompüter operatoru ixtisası üzrə 19 nəfər təhsil alır. Onlardan 9 nəfəri kursları bitirərək, diplom alıb.
Xidmət sahələrinin saxlanılmasına 5967 manat vəsait sərf olunub. Belə ki, “Dəfn mərasimi xidməti”sahəsinin saxlanılmasına 5206 manat, “Peşəyönümlü Maraq Kursları”nın saxlanılmasına 393 manat, “Məişət xidməti”sahəsinin saxlanılmasına 368 manat ayrılıb. Sahələrin fəaliyyətindən əldə olunan mənfəət 26% təşkil edib.
2016-cı ilin I yarımilində bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılmayıb. Vətəndaşların müraciətləri əsasında fərdi mənzil tikintisi üçün 27291 kv.m və ya 2,7291 ha. torpaq sahəsinin alqı-satqısı haqqında müvafiq qərarlar verilib.
Fərdi mənzil tikintisi üçün torpaq sahəsi alanlardan 6 nəfəri şəhid ailəsi, 5 nəfəri Qarabağ müharibəsi əlili, 2 nəfəri isə ehtiyatda olan zabitdir. Bu şəxslər imtiyazlı katerqoriyaya aiddir və torpaq sahəsi onlara ödəniş aparılmadan verilib.
Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə müəyyən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi informasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulub. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. istənilən şəxs Mingəçevir Bələdiyyəsinin fəaliyyəti barədə bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.
Mingəçevir Bələdiyyəsi şəhər icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurur. Gördüyümüz və görəcəyimiz bütün işlərdə şəhər icra Hakimiyyəti başçısı Niyazi Bayramovun daimi diqqət və qayğısını, köməkliyini üzərimizdə hiss edirik.
Sözsüz ki, bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyəta keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə büdcəsini formalaşdıran ən iri mənbə olan bələdiyyə əmlakının satışından ödəmələrin azalması və mədən vergilərinin istənilən səviyyədə toplanmamasıdır.
Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsində problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasınınəzərdə tuturuq. Bir sıra yerli və məhəlli problemlərin həllinə kömək məqsədi ilə yerli və beynəlxalq təşkilatlardan qrant almaq üçün layihələr hazırlamaq fikrindəyik.
Mingəçevir Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Coşqun Abdullayev
Mingəçevir bələdiyyəsinin sədri