"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Həyat o qədər gözəldir ki,…BəLəDiYYə üZVü YAZIR (ESSE)

--2018-05-25 / 19:43

Bu həyat o qədər gözəl ki, yaşamaq üçün min bir səbəb var.

Ölum onsuz da gec-tez gelir, nə gəncə, nə gözələ, nə cirkinə, nə yaslıya, nə varlıya, nə kasıba baxır. Alıb aparır.

Odur ki ölənə qədər insan kimi yaşamaq gərək, saf sevmək, hətta dürüstcə nifrət etmək gərək. Amma əsla oyun oynamamaq. Olduğun kimi olmaq gərək.

Qoy bizi sevənlər ən çirkin halımızla ən qəbul olunmaz xarakterlərimizlə sevsinlər, biz də onları. Çünki onlar ən dəyərli insanlardır.

Kiminsə üçün dəyişməyin, dəyməz.

Dünyanın bir yerindən mütləq bir gözəl ürəkli insan bir gün gəlib Sizi tapacaq və layiq oldugunuz dəyəri verəcək.

Olduğunuz kimi qalın və sevilin. Həyat özü tamaşadı. Ona tamaşa göstərənləri sevməz.

 

Səbinə Abdullayeva

Xətai bələdiyyəsinin üzvü

ŞƏRHLƏR