sorğu
Bərdə bələdiyyəsi abadlıq, quruculuq və təmir işlərini şəhərin memarlıq üslubuna uyğun olaraq bələdiyyə iclasında təsdiq edilən plan üzrə davam etdirir. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.
Məlumatda bildirilir ki, öz sahəsi, görünüşü və dizayn baxımından respublikada fərqlənən Heydər əliyev parkı hər zaman Bərdə bələdiyyəsinin diqqət mərkəzindədir. Sakinlərin asudə vaxtlarını rahat, təmiz, gözəl keçirmələrini təmin etmək üçün parkda abadlıq və təmir işləri vaxtlı-vaxtında aparılır.
Fantanlar və hovuzlar təmizlənir, səkilər, bardürlər təmir olunur və ərazidə abadlıq işləri aparılır. Oturacaqlar rənglənir və elektrik avadanlıqları təmir olunur.
Belediyye.info