"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Heydər əliyev və Azərbaycan bələdiyyə sistemi

--2017-12-12 / 09:46

P.S. Məqalə 2015-ci ilin oktybarında yazılıb. 

 

*****************************************************************

Azərbaycan bələdiyyəsi artıq fəaliyyətinin on altıncı ilini başa vurur. Qeyd edək ki,  “1993-cü ildə demokratiyanın ölkəmizdə tətbiqinə məhz qanunvericilik sistemində islahatların aparılması ilə başladı. Demokratik dəyişikliklərin bir qanadı yerli demokratiyanın inkişafına və bu inkişaf üçün mühüm mərhələ sayılan bələdiyyələrin təşkilinə şəraitin yaradılmasını” (Mehdi Səlimzadə “Bələdiyyələr-yerliözünüidarəetmənin əsasları”, Bakı ,1999 .13)  hesab etmək olar.

Ötən dövrdə ölkə bələdiyyə sisteminin fəaliyyəti üçün Milli Məclis tərəfindən 30-dək qanun və 200-dən artıq normativ sənədlər toplusu hazırlanmış və təsdiq edilərək bələdiyyə sisteminin istifadəsinə verilib. Bu gün tətbiq olunan hüquqi sənədlər toplusu yerli orqanların fəaliyyətinə müəyyən mənada imkan və şərait yaradır. Milli lider Heydər əliyevin təbirincə desək “Azərbaycanda yerli orqanların yaradılması ölkəmizdə hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bir hissəsidir və demokratiyanın inkişaf etməsinin bir mərhələsidir”. Məhz bu fikir qanunvericiliyin hazırlanmasında əsas strateji xətt kimi  götürülmüş və qanun layihələrinin hazırlanmasında istifadə edilib. 

Çıxışlarının birində  Ümummilli lider qeyd edirdi ki, “vətəndaşlarımız, cəmiyyətimiz tabeçilik olmadan, sərbəst fəaliyyət göstərməkdə lazımi təcrübə toplamayıblar. Azərbaycanda - təkcə Azərbaycanda deyil, keçmişdə mənsub olduğumuz ölkədə - uzun illər, on illərlə hər bir orqan lap ilk özəyindən yuxarıya qədər bir-birinə tabe olubdur. Məsələn, vaxtilə kənd soveti seçirdilər. Kənd soveti mütləq rayon icra sovetinə tabe idi, rayon icra soveti respublikanınkına tabe idi, respublikanınkı Sovet ittifaqınınkına tabe idi. Görürsünüz, bir-birinə nə qədər tabelik var idi. Təbiidir ki, bu, bir tərəfdən onların üzərindən məsuliyyəti çox götürürdü, amma sərbəstlik də vermirdi....” (Heydər əliyev və bələdiyyələr”, Bakı,2002 səh.34)

Qanunvericiliyə diqqət yetirdikdə aydın görmək olar ki, hazırda bu məsuliyyət artır, sərbəstlik verilməkdədir. Milli lider hələ o dövrdə bələdiyyələrin ilk fəaliyyətləri dövründə müəyyən çətinliklərlə qarşılaşacağını gördüyünu və məhz elə buna görə,  “təbiidir ki, bələdiyyələr ilk dövrdə, ola bilər, öz işlərində çox çətinliklərlə rastlaşsınlar. Ancaq bunlar da ondan asılı olacaqdır ki, bizim seçicilər bələdiyyələrə nə qədər dəyərli adamlar seçəcəklər”  sözlərini demişdi.

Göründüyü kimi, məsuliyyət  haqlı olaraq seçicilərin üzərinə qoyulur. Belə qənaətə gələ bilərik ki, bələdiyyələrin lazımi fəaliyyəti məhz onların, yəni seçicilərin  seçdiyi şəxslərə qarşı olan tələblərdən də asılıdır. Namizədlərin say çoxluğuna gəlincə hələ 1999-cu ildə  Heydər əliyev qeyd edirdi: “Bu, məni sevindirir. Ona görə sevindirir ki, bir tərəfdən bələdiyyə sisteminə maraq göstərən vətəndaşlar çoxdur, onlar bu orqanlarda fəaliyyət göstərmək istəyirlər. Deyə bilmərəm ki, hamısı eyni məqsədlə fəaliyyət göstərmək istəyir. Yəqin ki, bir qismi həqiqətən vətəndaşlar üçün, öz yaşadığı yer üçün iş görmək, fayda vermək istəyir. Ola bilər, bir qismi də, bundan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyir. O da ola bilər, bu da ola bilər. Amma buna baxmayaraq, bələdiyyələrin seçilməsi zamanı qeydə alınmış namizədlərin çox olması onu göstərir ki, bələdiyyəyə maraq, həvəs çoxdur. Kim buraya hansı məqsədlə seçilmək istəyir, bu, onların öz vicdanlarına qalacaqdır. Amma bizim üçün əhəmiyyətlisi budur ki, vətəndaşlarımız dövləti, hökuməti idarə etməyə, yerli idarə orqanlarında iştirak etməyə həvəs göstərirlər, biganə deyillər. Bu, çox müsbət bir haldır. Yenə də deyirəm, bunlar hamısı bir tərəfdən bizi sevindirir, ölkəmizdə demokratiyanın varlığını və onun inkişafını sübut edir, ikinci tərəfdən də, təbiidir ki, bələdiyyələrin qarşısında böyük vəzifələr, böyük məsuliyyətlər qoyur.....Azərbaycanda apardığımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq və biz irəliyə doğru böyük addım atmış olacağıq....”

Milli lider Heydər əliyev yuxarda söylədiyi fikirlərlə həm qanunvericiliyin əsas istiqamətlərini müəyyən etməklə yanaşı, həm də yerli orqanların qarşılaşacağı məqamları da əvvəlcədən xəbər vermişdir.

Beləliklə, ölkəmizin yerli idarəetmə ilə bağlı qanunvericilik bazasını təhlil edərkən, bu sistemin yaradılmasında həm mövcud tarixi məqamlardan, həm anqlosakson modeli (mərkəzə yaxınlaşma), həm də  Avropa modeli (əksmərkəzləşmə doğru meyl) götürülməklə, nəticə etibarilə, hər bir sistemin müsbət tərəflərindən istifadə edilərək Azərbaycan modelinin yaradılmasına cəhd göstərilmişdir. Düzdür, qanunvericilik baxımından müəyyən müsbət tərəflər onun hazırlanmasında nəzərə alınsada, praktik fəaliyyət göstərdi ki, qanunvericiliyin bəzi məqamlarına yenidən baxılmalı və təkmilləşdirilməlidir. Bundan əlavə onillik dövr göstərdi ki, qanunvericiliyin hazırlanması ilə yanaşı onun icrasına da diqqət yetirilməlidir. Belə ki, bu gün biz qanunvericiliyin bələdiyyələr tərəfindən icra vəziyyəti ilə bağlı monitorinq aparmış olsaq onda qanunların  hansı məqamlarının işləmədiyini və ya fəaliyyətə maneə yaratdığının şahidi olarıq.

Qeyd edək ki, Ð¥IÐ¥ əsrin birinci yarısından etibarən yerli özünüidarəetmə təliminin nəzəri əsasları Qərb alimləri tərəfindən geniş  şəkildə tədqiq edilməyə başlanılmışdır. Bu sahədə tanınmış fransız dövlət xadimi, tarixçi və  ədəbiyyatçısı Aleksis de Tokvilin münasibəti daha çox çəkir. 1835-i ildə nəşr etdirdiyi “Amerikada demokratiya” əsərində belə bir fikir səsləndirib: “ibtidai məktəblər elmin inkişafında oynadığı rolu icma institutları (yerli orqanlar nəzərdə tutulur: müəllif) hər bir dövlətin müstəqilliyinin bərqərar olmasında oynayır. icma institutlarını formalaşdırmayan dövlət müstəqil hökumətini formalaşdıra bilməz.”   A. Tokvil  əsərində daha sonra qeyd edir ki, “icma adamları birləşdirən və bir birinə sıx bağlayan elə bir yer idi ki, orada onlar öz maraq və meyllərinin göstərə, hüquqlarının həyata keçirə və borclarını yerinə yetirə bilirdilər.”  A.Tokvil bir qədər  irəli gedərək daha maraqlı bir məqama da toxunur ki, “icmanın bütün üzvlərinin maraqlarına aid olan məsələlər Afinada olduğu kimi ya mərkəzi meydanda, ya da ümimi yığıncaqda müzakirə olunurdu”.   (Токвил А. Демократия в Америке. Ðœ; Прогресс, 1992, səh.65)

Nəticə etibarı ilə belə demək olar ki, Tokvillin  irəli sürdüyü nəzəriyyəyə əsaslansaq dövlət quruluşunun əsas sütunlarından  sayılan  bələdiyyələr ölkəmizdə  onillik praktik fəaliyyətləri ilə ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında müəyyən rol oynamaqla yanaşı, ən əsası ölkəmizdə demokratik ənənələrin bərqərar olmasına öz töhvələrini verə bilmişlər.

Odur ki, ölkəmizdə demokratikləşmənin yeni inkişaf mərhələsində az öyrənilən sahələrdən sayılan bələdiyyələrin elmi-nəzəri və metodoloji əsaslarının tədqiq edilməsinin böyük sosial iqtisadi və mədəni əhəmiyyəti vardır. Tədqiqatda bələdiyyələrin ötən dövrdə ki fəaliyyəti və nəzəri məsələlərin praktik şəkildə necə yerinə yetirilməsi təhlil edilmişdir. Tədqiqatda  həmçinin beynəlxalq təcrübəyə də xüsusi yer ayrılmış və ölkə bələdiyyələri üçün maraqlı görünən tərəflərə, onların real fəaliyyətinin özündə əks etdirən təhlillərə ayrıca  yer ayrılmışdır. Habelə tədqiqatda bələdiyyələrə zəruri sənədlər toplum şəklində daxil edilmişdir.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri

P.S. Məqalə 2015-ci ilin oktybarında yazılıb. 

ŞƏRHLƏR